ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionu yeni geosiyasi və iqtisadi transformasiyalar mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafı isə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gürcüstana həyata keçirdiyi səfər bu baxımdan yalnız diplomatik hadisə deyil ; həm də regionun gələcək taleyini müəyyənləşdirə biləcək mühüm strateji addım kimi qiymətləndirilməlidir.
Tiflisdə yüksək səviyyədə qarşılanma Azərbaycan–Gürcüstan münasibətlərinin qarşılıqlı etimada, dostluğa və sarsılmaz tərəfdaşlığa əsaslandığını bir daha nümayiş etdirdi. Bu münasibətlər artıq uzun illərdir ki, ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq daha geniş regional və beynəlxalq əhəmiyyət kəsb edir.
Enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr bu əməkdaşlığın ən parlaq nümunələrindəndir.
Bakı–Tiflis–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri təşəbbüslər yalnız Azərbaycan və Gürcüstan üçün deyil ; bütövlükdə Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Bu layihələr regionu qlobal enerji xəritəsində mühüm mövqeyə çıxararaq tərəfdaş ölkələr arasında qarşılıqlı asılılığı və etibarı daha da gücləndirmişdir.
Bununla yanaşı, nəqliyyat - kommunikasiya xətlərinin inkişafı, xüsusilə Orta Dəhlizin funksionallığının artırılması istiqamətində görülən işlər regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirir.
Gürcüstan Azərbaycanın Qərbə açılan əsas qapısı kimi çıxış edirsə, Azərbaycan da Gürcüstan üçün etibarlı enerji tərəfdaşı və regional sabitliyin əsas təminatçılarından biridir.
Siyasi dialoqun yüksək səviyyədə olması isə bu əməkdaşlığın dayanıqlığını təmin edən əsas amillərdən biridir.
Cənubi Qafqaz kimi həssas bir regionda Bakı–Tiflis xəttinin güclü olması ; yalnız iki ölkə arasında münasibətləri möhkəmləndirmir, eyni zamanda regionda təhlükəsizlik və sabitlik arxitekturasının formalaşmasına da mühüm töhfə verir.
Bu səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan–Gürcüstan münasibətlərini yeni mərhələyə daşıyaraq daha geniş əməkdaşlıq imkanları açır.
Ticarət dövriyyəsinin artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi və qarşılıqlı investisiyaların təşviqi bu tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.
Azərbaycanın Ali dövlət rəhbərlərinin Gürcüstana səfəri dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edən, regionda sabitlik, inkişaf və rifahın möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi hadisədir. Bakı–Tiflis xətti bu gün yalnız iki ölkəni birləşdirən körpü deyil; həm də Cənubi Qafqazın parlaq və sabit gələcəyinə aparan etibarlı yol kimi çıxış edir.
Arifə Qasımova
AJB-nin üzvü
Respublika “İti Qələm” ədəbi birliyinin üzvü























































