Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Fransa müsəlmanlara bunu qadağan etdi
Fransada hər il keçirilən və ölkənin ən böyük dini tədbirlərindən biri sayılan “Fransada Müsəlmanların İllik Yığıncağı” bu il rəsmi qərarla qadağan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Paris Polis Prefekturasının yaydığı açıqlamada bildirilib.
Qərar ölkədə terror təhlükəsi riskinin yüksək olması ilə əsaslandırılıb.
Tədbirin 3-6 aprel tarixlərində Paris yaxınlığındakı Le Burje şəhərciyində keçirilməsi planlaşdırılırdı və bu il onun 40-cı dəfə təşkil olunması nəzərdə tutulurdu.
Qərar Fransa daxili işlər naziri Loran Nunezin göstərişi əsasında Paris polis rəisi Patris For tərəfindən qəbul edilib. Rəsmi bəyanatda qeyd olunur ki, ölkədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi, terrorizm riskinin yüksək olması və ictimai asayişin pozulması ehtimalı bu addımı zəruri edib. Həmçinin yaxın günlərdə təhlükəsizlik qüvvələrinin gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəyi vurğulanıb.
Tədbirin təşkilatçısı olan Fransa Müsəlmanları Federasiyasının vəkili Sefen Quez isə qərara kəskin etiraz edib. Onun sözlərinə görə, polis qurumu federasiyanı qadağa ilə bağlı yalnız aprelin 1-də məlumatlandırıb. Quez bildirib ki, qərarın əsaslandırılması inandırıcı deyil və belə izahlar ictimaiyyəti qane etmir.
Federasiya artıq qərardan şikayət edərək, Paris İnzibati Məhkəməsinə apellyasiya müraciəti təqdim edib. Məsələ ilə bağlı məhkəmə dinləməsinin yerli vaxtla saat 09:00-da keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən tədbir 1984-cü ildən etibarən mütəmadi şəkildə təşkil olunurdu. Son illərdə fasilə verilsə də, bu il yenidən keçirilməsi planlaşdırılırdı və ölkə daxilindən geniş iştirakın olacağı gözlənilirdi.























































