Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
İlham Əliyevin təhsil aldığı Moscow State Institute of International Relations-da Dövlət Təhlükəsizliyi Xidmətinin peşə bayramına həsr olunmuş nüfuzlu təbrik mesajı
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN təhsil aldığı universitet – Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində Dövlət Təhlükəsizliyi Xidmətinin peşə bayramı münasibətilə təbrik səsləndirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev-in təhsil aldığı, beynəlxalq nüfuza malik ali təhsil ocağı – Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti (MGİMO)-nun ruhunda səslənən bu təbrik, təkcə bir mesaj deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinə, milli təhlükəsizliyə və xalqın əmin-amanlığına verilən yüksək dəyərin ifadəsi olmuşdur.
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov və agentliyin rəsmi nümayəndəsi, hüquqşünas, Azərbaycan Respublikası Baş Prokurorluğunun təqaüddə olan polkovniki Məmməd Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik etmişlər.
Təbrikdə vurğulanmışdır ki, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan dövlətinin möhkəmliyinin, xalqın sabitliyinin və milli təhlükəsizliyin əsas sütunlarından biridir. Bu qurum yalnız təhlükəsizliyi təmin edən struktur deyil, eyni zamanda dövlətçiliyin qoruyucusu, milli maraqların təminatçısı və ölkənin gələcəyinin etibarlı təminatıdır. Xidmətin əməkdaşları görünməyən cəbhədə apardıqları fədakar mübarizə ilə Azərbaycanın sabitliyini və inkişafını təmin edirlər.
İsmayıl Zalov çıxışında xüsusi vurğulamışdır ki, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan dövlətinin və xalqının sarsılmaz sütunudur. Onun sözlərinə görə, bu qurumun fəaliyyəti yalnız hüquqi çərçivələrlə məhdudlaşmır, bu, eyni zamanda vətənə sədaqətin, milli məsuliyyətin və dövlətçilik düşüncəsinin ən yüksək təzahürüdür.
O, xüsusilə qeyd etmişdir:
“General-polkovnik Əli Nağıyev kimi qətiyyətli və uzaqgörən rəhbərin fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinin bugünkü uğurlarında mühüm rol oynayır. Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə ehtiyacı yoxdur — əksinə, Dövlət Təhlükəsizliyi Xidmətinin belə bir rəhbərə böyük ehtiyacı vardır.”
Məmməd Əliyev isə qeyd etmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycanın təhlükəsiz gələcəyinin təminatçılarıdır. Onlar görünməyən cəbhənin qəhrəmanlarıdır və dövlətin taleyində mühüm rol oynayırlar.
Eyni zamanda qeyd olunmuşdur ki, bu təbrik geniş auditoriyaya təqdim olunaraq Dövlət televiziya kanallarında yayımlanmış, eləcə də “Zalov İmza TV Alyans” YouTube kanalı vasitəsilə ictimaiyyətə çatdırılmışdır. Bu isə təbrikin əhatə dairəsini daha da genişləndirmiş, onun cəmiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanmasına səbəb olmuşdur.
ARHD.az





















































