XTQ-nin kəşfiyyatçısı, “Xanış” ləqəbli qəhrəman baş gizir Şərafəddin Xankişiyevlə müsahibə
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Bu ölkədə balıq yemək qadağan edildi
Papua-Yeni Qvineyanın Yeni İrlandiya bölgəsində minlərlə dəniz canlısının qısa müddətdə ölməsi ciddi narahatlıq yaradıb. Hadisədən sonra yerli hakimiyyət orqanları balıq istehlakını qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, cəmi beş gün ərzində 3000-dən çox balıq və digər dəniz canlısı tələf olub.
Mütəxəssislər ölü balıqlarda rəng dəyişiklikləri, gözlərin şişməsi və yaşılımtıl ət kimi qeyri-adi əlamətlərin müşahidə edildiyini bildirirlər.
Hadisə yalnız ekoloji deyil, həm də sağlamlıq böhranına səbəb olub. Bölgədə yaşayan ən azı 750 nəfərin balıq yedikdən və ya dəniz suyu ilə təmasdan sonra müxtəlif sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilir. Sinə ağrısı, öskürək və dəri xəstəlikləri kimi simptomlar qeydə alınıb.
Papua-Yeni Qvineyanın balıqçılıq naziri Yelta Vonq əhaliyə müraciət edərək, balıq istehlakından müvəqqəti imtina etməyə çağırıb. Rəsmilər dəniz suyunda və balıqlarda mümkün kimyəvi çirklənmə ehtimalını araşdırır, lakin konkret səbəb hələ müəyyən edilməyib.
Hadisə bölgədə sosial-iqtisadi vəziyyəti də ağırlaşdırıb. Təxminən 1500 nəfərin yaşadığı kəndlərdə balıqçılıq əsas dolanışıq mənbəyi olduğundan, qadağa ərzaq çatışmazlığı və gəlir itkisinə səbəb olub. Xüsusilə uşaqlar arasında qida çatışmazlığı riski artıb.
Araşdırmalar zamanı dənizdə “qırmızı dalğa” kimi tanınan fenomenin müşahidə edildiyi bildirilir. Mütəxəssislər bunun zəhərli yosunların sürətlə çoxalması ilə bağlı ola biləcəyini ehtimal edir.























































