Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 11:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 11:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 13:48

İsrail parlamenti buraxıldı

19 Mart 2026 16:14Manşet / Gündəm / Sosial

Peşəkar ömrün işıqlı izi: Zakir Hacıyevin əziz xatirəsinə

 

Dərin hüznlə bildiririk ki, uzun illər Neft-qaz sahəsində məsul vəzifələrdə çalışmış, öz peşəkarlığı, zəhmətkeşliyi və yüksək insani keyfiyyətləri ilə hər kəsin hörmətini qazanmış Hacıyev Zakir Müzəffər oğlu 19.03.2026-cı il tarixində haqq dərgahına qovuşmuşdur.

Zakir müəllim Texnoloji Nəqliyyat sahəsində böyük təcrübəyə malik, öz işinə daim məsuliyyətlə yanaşan, kollektiv arasında nüfuz sahibi olan dəyərli mütəxəssis və alicənab insan idi. Onun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyət, yetişdirdiyi kadrlar və qazandığı hörmət hər zaman xatirələrdə yaşayacaqdır.

Onun parlaq xatirəsi həm iş yoldaşlarının, həm də yaxınlarının qəlbində daim yaşayacaq, gördüyü işlər və insanlara olan münasibəti örnək olaraq qalacaqdır.

Bu ağır itki ilə əlaqədar kollektiv adından mərhumun ailəsinə, doğmalarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan onlara səbir və dözüm diləyirik.

Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun! Amin!


Hörmət və ehtiramla 

Məmmədov Taleh Mirkərəm oğlu
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri