Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Süni intellektdən sui-istifadəyə qarşı hüquqi sipər qurulur – cəmiyyətin şərəf və ləyaqətinin qorunması dövlət üçün prioritetdir” — ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə dr. İ.Zalov açıqlama verdi
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Azərbaycanda süni intellekt texnologiyalarının istifadəsi ilə bağlı qanunvericiliyə nəzərdə tutulan yeni dəyişiklikləri yüksək qiymətləndirərək bu təşəbbüsü müasir dövrün çağırışlarına verilən mühüm hüquqi cavab kimi dəyərləndirmişdir.
İsmayıl Zalov bildirib ki, süni intellekt texnologiyaları bəşəriyyətə böyük imkanlar qazandırmaqla yanaşı, eyni zamanda ciddi hüquqi və etik risklər də yaradır. Xüsusilə son dövrlərdə dünyada geniş yayılmış deepfake texnologiyalarının insanların səsi, görüntüsü və şəxsiyyətindən sui-istifadə edilməsinə səbəb olması bir çox ölkələrdə hüquqi mexanizmlərin sərtləşdirilməsini zəruri etmişdir.
Onun sözlərinə görə, bir şəxsin razılığı olmadan onun səsi və ya görüntüsündən istifadə edilərək süni intellekt vasitəsilə saxta foto, video və ya audio materialların hazırlanması və yayılması təkcə hüquqi məsuliyyət deyil, həm də insanın şərəf və ləyaqətinə, şəxsi həyatına və reputasiyasına qarşı ciddi təhdid yaradır.
İsmayıl Zalov vurğulayıb ki, bu kimi hallara görə 3000-7000 manat məbləğində cərimə, ictimai işlər və ya azadlığın məhdudlaşdırılması kimi sanksiyaların nəzərdə tutulması hüquqi dövlət prinsiplərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsinə xidmət edir. Eyni zamanda bu əməlin qrup halında törədilməsi, bir neçə nəfərə qarşı yönəldilməsi və ya kiminsə nüfuzdan salınması məqsədilə həyata keçirilməsi hallarında 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiqi hüquqi məsuliyyətin daha da sərtləşdirilməsini göstərir.
Beynəlxalq hüquq eksperti xüsusilə qeyd edib ki, pornoqrafik və ya seksual xarakterli deepfake materialların hazırlanması və yayılması cəmiyyət üçün son dərəcə təhlükəli tendensiyadır və bunun 3 ildən 7 ilədək həbs cəzası ilə qiymətləndirilməsi tamamilə ədalətli və zəruri hüquqi addımdır. Onun fikrincə, bu cür materiallar insanların mənəvi toxunulmazlığına, ailə institutuna və sosial münasibətlərə ciddi zərbə vurur.
İsmayıl Zalov həmçinin bildirib ki, süni intellektlə hazırlanmış foto və videoların yayıldığı zaman bunun açıq şəkildə qeyd olunmasının tələb edilməsi informasiya təhlükəsizliyi və ictimai etimad baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mexanizm həm ictimaiyyətin aldadılmasının qarşısını alacaq, həm də informasiya məkanında şəffaflığı təmin edəcək.
Onun sözlərinə görə, müasir dövrdə texnologiyanın sürətli inkişafı hüquq sisteminin də çevik və qabaqlayıcı olmasını tələb edir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar isə göstərir ki, ölkəmiz rəqəmsal dövrün hüquqi çağırışlarına vaxtında və prinsipial şəkildə cavab vermək iradəsinə malikdir.
İsmayıl Zalov qeyd edib ki, süni intellektin inkişafı dayandırıla bilməz, lakin onun insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına və cəmiyyətin mənəvi dəyərlərinə zidd şəkildə istifadə edilməsinin qarşısını almaq dövlətin və hüquq sisteminin əsas vəzifələrindən biridir.
Sonda o vurğulayıb ki, qəbul ediləcək bu dəyişikliklər həm vətəndaşların hüquqlarının qorunmasına, həm də informasiya məkanında məsuliyyətli davranışın formalaşmasına xidmət edəcək və süni intellektdən sui-istifadə hallarının qarşısının alınmasında mühüm hüquqi sipər rolunu oynayacaq.






















































