Azərbaycanda ümid ünvanı: xarici ölkələrdən gələn ailələr autizmli uşaqların müalicəsi üçün Bakıya üz tutur
Məhəmməd Musayev – işinin peşəkarı, dövlətə sədaqət andı və əsl vətəndaş mövqeyinin simvoludur
Peşəkarlıq və məsuliyyət nümunəsi – Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov
Azərbaycan vətəndaşlarının Yaxın Şərqdən təxliyəsi üçün növbəti reys həyata keçirilir
“Elektrik sisteminizi bir saatda sıradan çıxararıq” - İrana hədə-qorxu gəldi
“Vaşinqton istəsə, İranın elektrik enerji infrastrukturunu bir saat ərzində tamamilə sıradan çıxara bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kentukki və Ohayo ştatlarına siyasi səfərdən qayıtdıqdan sonra Endryus Birgə Bazasında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə bir zərbə endirilərsə, İranın enerji sisteminin bərpası 25 il çəkə bilər.
Prezident İranla davam edən müharibə və mümkün qisas addımları barədə danışaraq sərt mövqe nümayiş etdirib.
ABŞ lideri bildirib ki, Vaşinqton münaqişəni daha da qızışdırmaq istəmir, lakin belə bir imkanın mövcud olduğunu da gizlətməyib:
“Biz onların elektrik gücünü bir saat ərzində məhv edə bilərik. Və onu yenidən qurmaq üçün 25 il lazım olacaq. Biz bunu etməyəcəyik”.
Prezident əlavə edib ki, ABŞ əməliyyatları nəticəsində İranın hərbi imkanları ciddi şəkildə zəiflədilib. Tramp bildirib ki, İranın donanması, hava qüvvələri və hava hücumundan müdafiə imkanları böyük ölçüdə sıradan çıxarılıb.
ABŞ Prezidentinin sözlərinə görə, Amerika qüvvələri artıq İranın dəniz potensialının böyük hissəsini zərərsizləşdirib.
“Biz onların bütün qayıqlarını sıradan çıxarmışıq. Onların bəzi raketləri var, amma çox deyil. Düşünürəm ki, çox yaxşı vəziyyətdəyik”, – deyə o bildirib.






















































