Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
“Hörmüz boğazını bağlamamışıq”
“Hörmüz boğazını bağlamamışıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasındakı çıxışında İranın daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
O, dünyaya müraciət edərək, Hörmüz boğazının bağlanması ilə bağlı iddiaları təkzib edib. İrəvani ABŞ və İsrailin hücumlarını və onların yaratdığı insan itkilərini önə çəkərək, cavab tədbirlərinin ölçülü və qanuni olduğunu vurğulayıb.
Şuranın Yaxın Şərqdəki münaqişələr barədə “faciəvi insan itkisi” ilə bağlı Rusiyanın qətnamə layihəsi 4 lehinə, 2 əleyhinə və 9 bitərəf səs ilə lazımi dəstəyi ala bilməyərək rədd edilib. Layihədə regiondakı bütün tərəflər dərhal hərbi fəaliyyətləri dayandırmağa çağırılırdı.
Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya səsvermədən sonra çıxış edərək qərarı tənqid edib, bəzi ölkələrin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqliklərini şübhə altına alıb. Nebenzya bildirib ki, Rusiya Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həllinə çalışmaqda davam edəcək.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts isə Rusiyanın qətnamə üçün kifayət qədər səs toplaya bilməyəcəyini bildiyi halda israr etdiyini və bunun İranı qorumağa yönəldiyini qeyd edib. Valts ABŞ-nin İranın hərəkətlərini ifşa etmək və məsuliyyətə cəlb etməkdə israrlı olduğunu vurğulayıb.
İrəvani çıxışında ABŞ və İsrailin hücumlarında indiyə qədər 1348 mülki şəxsin həyatını itirdiyini, 9669 yaşayış məntəqəsinin dağıdıldığını açıqlayıb. Onun sözlərinə görə, zərər görmüş obyektlər arasında 7943 ev, 1617 ticarət və xidmət mərkəzi, 32 səhiyyə müəssisəsi, 65 məktəb, 13 Qırmızı Xaç binası və müxtəlif enerji təchizatı obyektləri var.
İrəvani BMT Təhlükəsizlik Şurasını bölgədəki hadisələrə qarşı susqunluqda ittiham edib:
“BMT Nizamnaməsinə əsasən, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq məsuliyyətinə baxmayaraq, ciddi pozuntulara göz yumur. Bəzi üzvlər qurbanların və təcavüzkarların rollarını dəyişməyə çalışır, təcavüzkarları mükafatlandırıb qurbanları cəzalandırmağı hədəfləyirlər”
O, İsrail Baş naziri Binyamin Netanyahunu “günahkar” adlandıraraq, İranın cavab tədbirlərinin ölçülü və qanuni olduğunu bildirib və Hörmüz boğazının bağlanması ilə bağlı iddiaları rədd edib:
“Hörmüz boğazını bağladığımızla bağlı iddia doğru deyil”.























































