Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Orqanizmdə xolesterin səviyyəsinin yüksəlməsi ilə bağlı miflər təkzib olundu
Onilliklər ərzində cəmiyyətdə əsl xolesterin fobiyası hökm sürürdü. Yumurta və kərə yağı tıxanmış arteriyaların əsas səbəbi hesab olunurdu. XX əsrin ortalarına aid olan bu mif milyonlarla insanın sevimli səhər yeməklərindən imtina etməsinə səbəb olub. Lakin almaniyalı kardioloq Ulrix Laufs uzun müddətdir davam edən mifi rəsmi olaraq təkzib edə bilib.
Oxu.Az xəbər verir ki, bu barədə "T-online" portalı məlumat yayıb.
Nəşr almaniyalı professora istinadən bildirir ki, ənənəvi qida məhsulları ilə xolesterinin artması arasında birbaşa əlaqə yoxdur.
"Qan-damar sistemindəki bütün xolesterinin təxminən üçdəikisi öz orqanizmimiz tərəfindən sintez olunur və burada əsas rolu gündəlik 1 000 mq-dan 1 400 mq-a qədər bu vacib maddəni istehsal edən qaraciyər oynayır. Yalnız cüzi bir hissə birbaşa qidalanmadan daxil olur", - deyə Laufs bildirib.
Həkim bunu belə izah edib: "Bədənimiz maraqlı özünütənzimləmə sisteminə malikdir. Əgər qaraciyər qida ilə kifayət qədər xolesterin daxil olduğunu müəyyən edirsə, dərhal öz istehsalının miqyasını azaldır. Məhz buna görə də səhər yumurtanın və ya yağlı buterbrodun qanın biokimyasına təsiri son dərəcə minimaldır.
Əsl təhlükəni emal edilmiş ət məhsullarında, sənaye kolbasalarında və "fastfud"da çox böyük miqdarda olan doymuş yağlar təmsil edir. Müasir tibbi analitika sübut edir ki, məhz bu komponentlər aşağısıxlıqlı lipoproteinlərin kəskin artımını təmiz qida xolesterinindən qat-qat aqressiv şəkildə təhrik edir.
Əsas məqam ondan ibarətdir ki, ayrı-ayrı məhsullardan imtina etmək yox, ümumi həyat tərzinə kompleks şəkildə nəzarət etmək lazımdır - bu, balanslaşdırılmış qidalanma, kifayət qədər fiziki aktivlik, çəkiyə nəzarət və stresi idarə etməkdir", - deyə o bildirib.























































