Xəbər Lenti
Bugün, 14:58
Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Dünən, 17:23
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Dünən, 11:42
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Dünən, 09:12
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
Dünən, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dünən, 08:55
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
11-12-2025, 21:08
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
11-12-2025, 20:28
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
11-12-2025, 20:28
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
11-12-2025, 20:27
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
11-12-2025, 20:27
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
11-12-2025, 20:27
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
11-12-2025, 18:43
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
11-12-2025, 11:20
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
İnfarkt halları niyə artıb? - Mütəxəssis əsas səbəbi açıqladı
Kardiolog Dr. Utku Şenol son dövrlərdə artan infarkt hallarının iddia edildiyi kimi pandemiya dövründə vurulan vaksinlər və laxtalanma ilə bağlı olmadığını, əksinə, tibbi diaqnostikanın daha sürətli olması səbəbindən daha çox hadisənin qeydə alındığını bildirib.
Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu gün səhiyyə xidmətləri əvvəlkindən daha effektiv və əlçatan vəziyyətdədir. Müasir tibbi texnologiyalardan istifadə edərək daha sürətli diaqnoz qoyulduğu üçün infarkt hallarının artdığı təəssüratının yarandığını vurğulayıb.
Dr. Şenol əsas problemin qidalanma rejimi və pəhrizlə bağlı olduğunu bildirib:
"Artışların əsas səbəbi nizamsız qidalanma və müntəzəm tibbi müayinələrin olmamasıdır. Bundan əlavə, stress səviyyəsinin yüksəlməsi ilə siqaret istifadəsi də 30%-ə qədər artıb. Belə olduqda, ürək-damar xəstəlikləri və insult kimi hallarda ciddi bir artım müşahidə olunur. Siqaret kimi bir amil varkən başqa səbəb axtarmağa ehtiyac yoxdur".
Bundan əlavə, insanların müntəzəm tibbi yoxlamalardan keçmədiyini və dərmanlarını qaydalara uyğun qəbul etmədiyini bildirən Dr. Şenol, çəki artımı ilə yanaşı, xolesterin, təzyiq və şəkər səviyyəsində yüksəlmələrin baş verdiyini və bunların infarkt riskini artırdığını qeyd edib. O, əsas səbəbin insanların qidalanma rejiminə əməl etməməsi, tibbi müayinələrdən yayınması və düzgün müalicə metodlarının tətbiq edilməməsi olduğunu bir daha vurğulayıb.
Son dövrlərdə populyarlaşan elektron siqaretlərə də toxunan Dr. Şenol deyib:
"Hələlik elektron siqaretlərin ürəyə təsiri ilə bağlı geniş tədqiqatlar aparılmayıb. Lakin insanlarda bu cihazların zərərsiz olduğuna dair yanlış bir fikir formalaşıb. Elektron siqaretin əsas hissəsi su buxarı olduğu üçün zərərsiz görünsə də, içərisində hansı kimyəvi maddələrin olduğunu bilmirik. Hansı şəraitdə istehsal edildiyi, nə qədər kanserogen olduğu və hansı xəstəliklərə səbəb ola biləcəyi barədə dəqiq məlumat yoxdur. Dolayısıyla, ürək və damar sistemi üzərində hansı təsirləri olacağını da bilmirik".
Dr. Şenol, aparılan araşdırmalarda elektron siqaretin ciddi ağciyər zədələnmələrinə səbəb olduğu, hətta həyat itkisinə gətirib çıxaran halların qeydə alındığını vurğulayıb. Uzunmüddətli təsirlərinin hələ tam olaraq bilinmədiyini, lakin kimyəvi maddələrin nəfəs yolu ilə qəbul edilməsinin təhlükəsiz olduğunu düşünməmək lazım gəldiyini bildirib.
İnfarkt riskini azaltmağın ən vacib yollarından birinin düzgün qidalanma olduğunu bildirən Dr. Şenol sözlərinə belə davam edib:
"Cəmiyyət olaraq qidalanma vərdişlərimizi mütləq dəyişməliyik. Xüsusilə, çörək və karbohidrat tərkibli qidaları qida siyahısının sonuna qoymalı və mümkün qədər az qəbul etməliyik. Əks halda, karbohidrat əsaslı qidalanma uşaqlıqdan etibarən ürək və damar sisteminə ciddi ziyan vurur. Həmçinin, sağlam bədən inkişafını da mənfi təsir altına salır".
Ürək sağlamlığı üçün digər vacib məqamın fiziki aktivlik olduğunu vurğulayan həkim deyib:
"Həftədə 3-4 gün yüngül tempdə qısa gəzintilər belə ürək sağlamlığı üçün inanılmaz dərəcədə faydalıdır. Bundan əlavə, çəki nəzarəti, təzyiq və şəkər kimi xroniki xəstəliklərin idarə olunması baxımından da həyati əhəmiyyət daşıyır".
Aydın























































