Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
“Epik Qəzəb” əməliyyatındakı son yenilikləri - Açıqladı
“İranın döyüş gücü azalır, ABŞ-nin döyüş gücü isə artır”.
“Qafqazinfo” xəbər verir ki, bunu CENTCOM komandiri, admiral Bred Kuper Florida ştatının Tampa şəhərindəki ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahında keçirilən brifinqdə bildirib.
“Hava üstünlüyümüz İranın ağırlıq mərkəzinə böyük güc və əhatə dairəsi ilə zərbə endirməyə imkan verir. Cəmi son 72 saat ərzində Amerika bombardmançı təyyarələri İranın daxili hissəsində təxminən 200 hədəfə zərbə endirib.
Təkcə son bir saatda iki ABŞ bombardmançı təyyarəsi dərin basdırılmış ballistik raket buraxılış məntəqələrinə onlarla bir tonluq nüfuz edən bomba atıb”, - o deyib.
Kuper qeyd edib ki, ABŞ qüvvələri İran Hərbi Dəniz Qüvvələrinə qarşı hücumları gücləndirib və indiyə qədər ümumilikdə 30 İran gəmisini batırıblar.
Kuper əməliyyatların effektivliyinə də diqqət çəkib:
“Epik Qəzəb” əməliyyatının əvvəlindəki vəziyyəti son 24 saatla müqayisə etdikdə, ilk gündən bəri ballistik raket hücumlarında 90 faiz, dron hücumlarında isə 83 faiz azalma müşahidə edirik”.
O, hərbi hücumların növbəti mərhələsinin İranın gələcək raket istehsalı imkanlarını sistematik şəkildə aradan qaldıracağını deyib:
“Bu, bir az vaxt aparacaq, amma qüvvələrimiz yaxşı təchiz olunub”.























































