Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

31 Dekabr 2025 08:29Manşet / Gündəm / Dünya

Netanyahu: "İran ballistik raket istehsalına yenidən başlayır"

 

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ballistik raket istehsalını bərpa etdiyini bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail lideri "Fox News" telekanalına müsahibəsində bildirib.

Netanyahudan İranın ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər irəlilədiyini düşündüyü soruşulub.

"Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geriyə çəkilməyə məcbur etmişik, amma onlar yenidən cəhd göstərəcəklər", - deyə o bildirib.

Netanyahu iddia edib ki, İranın Fordodakı nüvə obyekti məhv edildikdən sonra Tehran nüvə proqramını digər obyektlərdə yenidən qurmağa çalışır.