Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Komitə sədri kimi şəxsən mənə haqlı irad bildirildi”
“Ombudsmanın məruzəsinin plenar iclasdan öncə ekspertlərimizə, vətəndaş cəmiyyəti institutlarına verilməməsini doğru saymıram”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.
“Hesab edirəm ki, yayılması daha çox insan hüquqları mövzusunda olan məruzə informasiya məkanına töhfə olar. Plenar iclasdan öncə məruzənin məhz bunun üzərində qurulduğunun fərqindəyik. Amma parlament qarşısında məruzə ilə çıxış edən onlarla qurum var. Parlamentin institusional səlahiyyətləri var və hamımız buna hörmətlə yanaşmalıyıq. Ona görə də, “məruzə bizə verilməyib” sözü şəxsən komitə sədri kimi mənə bildirilən iraddır və haqlı iraddır. Ona görə də qarşıdakı ildə məruzəni elə hazırlamaq olar ki, müvəkkilin məruzəsi ilə bağlı hissələr bu hesabatda özünü tapmasın. Bu qədər sadə!”, - komitə sədri qeyd edib.
Məsələyə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı cavab verib: “Bizim illik məruzə mətbuatda dərc olunur. Biz heç vaxt mətbuatdan məruzəmizi gizlətməmişik. Əslində Ombudsmanın fəaliyyəti digər dövlət qurumlarına nümunə olacaq dərəcədə açıqdır. Lakin müvəkkil parlamentdə məruzəni səsləndirmədən artıq demək olar ki, mətbuatda məruzənin hər bölməsinə rast gəlmək olur. Deputatlara məruzəni kitab formasında göndərmişik. Elektron formanı isə illik məruzə plenarda səslənəndən sonra veb-səhifəmizdə görəcəksiniz”.
Zahid Oruc Ombudsman aparat rəhbərinin fikirlərinə də münasibət bildirib: “Parlamentdə sədr tərəfindən bu sənədin digərləri ilə hüquqi müqayisəsində ali maliyyə sənədimiz olan dövlət büdcəsi sənədi daxil olmaqla, heç biri elektron verilmədən müzakirəyə çıxarılmayıb. Bu parlamentin dominant səlahiyyətidir. Məruzənin yayılması qurumun həm də PR-dır”.
Nuranə Daxilqızı























































