Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Həkimlərin sayının əhaliyə nisbətdə olduqca azdır...”
“Məruzədə xüsusi diqqətəlayiq olan hissə həkim çatışmazlığı ilə bağlı statistikaya diqqətin çəkilməsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir: “Belə ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” adlı hesabatına əsasən, 2025-ci ilin əvvəlinə Bakı şəhəri üzrə əhalinin hər 10 min nəfərinə düşən həkim sayı Bakı şəhəri üzrə 101.7, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 24.5, Naxçıvan iqtisadi rayonu üzrə 14.9, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 13.0 nəfər, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10.8, Lənkəran-Astara iqtisadi rayonu üzrə 9.7, Mil-Muğan iqtisadi rayonu üzrə 8.6 nəfər təşkil edir. Xüsusilə də Daşkəsən (8 nəfər), Gədəbəy (61 nəfər), Ucar (55 nəfər), Zərdab (47 nəfər), Yardımlı (39 nəfər) və Lerik (38 nəfər) rayonlarında həkimlərin sayının əhali sayına nisbətdə olduqca az olması və ixtisaslı kadr çatışmazlığı narahatlıq doğurur. Bu vəziyyət “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş tibbi-sosial yardımın hamı üçün mümkünlüyü prinsipinin, habelə vətəndaşların keyfiyyətli və bərabər tibbi yardım almaq hüququnun həyata keçirilməsini çətinləşdirən əsas amillərdəndir”.
Nuranə Daxilqızı























































