Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xocavənd sakini: "24 yaşımda çıxdığım doğma yurduma, 58 yaşımda qayıdıram"
"İlk gündən inanırdım ki, doğma yurdumuza qayıdacağam".
Oxu.Az xəbər verir ki, bu sözləri Xocavənd şəhərinə köç edən keçmiş məcburi köçkün Quliyev Ziyadə deyib.
Z.Quliyev qeyd edib ki, o inamını heç vaxt itirməyib və doğma yurd-yuvasına qayıdacağı günü səbirsizliklə gözləyib:
"Biz heç vaxt ümidimizi itirmədik, bilirdik ki, bir gün torpaqlarımıza qayıdacağıq. Oradan çıxanda 24 yaşım var idi, indi isə 58 yaşım var. Bu gün biz doğma Xocavəndimizə qayıdırıq. Bu xoşbəxtliyi bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" - deyə o qeyd edib.
Qeyd edək ki, Kəlbəcər şəhərinə 27 ailə - 118 nəfər, Xocavənd şəhərinə 41 ailə - 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə - 196 nəfər köçürülür.
Məlik Məlikov






















































