İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Əsirlikdə olan Kəlbəcər sakini: "Bizə qarşı vəhşiliklər törədən şəxslər məhkəmədə cəzalarını aldılar"
"Kəlbəcərin işğalı zamanı beş nəfərlə birlikdə girov düşmüşəm və 766 gün əsirlikdə qalmışam".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıdan Kəlbəcərə köç edən keçmiş məcburi köçkün Xasay Cəfərov deyib.
X.Cəfərov bildirib ki, sonradan onunla girov düşən bəzi xanımlar qaytarılsa da, onu buraxmayıblar:
"Bəziləri öldürüldü və Malıbəyli məzarlığında dəfn edildi. Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində əsirlikdən qaytarıldım. Kəlbəcəri heç zaman unutmamışam. Allahdan arzu edirdim ki, gedib torpaqlarımızı görmək mənə qismət olsun. Bakıda yaşamışam. Bu günü səbirsizliklə gözləmişəm. Prezident İlham Əliyev sağ olsun, onun və ordumuzun sayəsində bu anları yaşayırıq".
"Mən girovluqda çox işgəncələr görmüşəm. Bu qayıdış isə mənim üçün təsəllidir. Həm də ona görə xoşbəxtəm ki, bizə qarşı vəhşiliklər törədən şəxslərin bu günlərdə məhkəməsi oldu və onlar layiqli cəzalarını aldılar. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" - deyə o bildirib.
Qeyd edək ki, Kəlbəcər şəhərinə 27 ailə - 118 nəfər, Xocavənd şəhərinə 41 ailə - 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə - 196 nəfər köçürülür.
Məlik Məlikov





















































