“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
Vaqif Məmmədov: “38 yaşımda çıxdığım torpaqlarımıza nəvələrimlə qayıdıram”
“38 yaşımda çıxdığım torpaqlarımıza nəvələrimlə qayıdıram”.
Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Vaqif Məmmədov deyib.
O, doğma yurda qayıtdığı üçün çox sevincli olduğunu bildirib:
“Bu gün o qədər sevincliyəm ki, dilim də söz tutmur danışam.
38 yaşımda ailəmlə çıxmışam Laçından, bu gün isə nəvələrimlə, övladlarımıa qayıdıram öz doğma yurduma.
Çox həyəcanlıyam, çox kövrəlmişəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.























































