Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Xocalının xatirəsinə əkilən hər ağac – gələcəyə ümid, yaddaşa sədaqət
Ağdaş şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbin 3a sinif şagirdləri Xocalı soyqırımının anım günü ilə əlaqədar mənalı və örnək bir təşəbbüs həyata keçiriblər. Məktəbin həyətində keçirilən ağacəkmə aksiyası həm faciə qurbanlarının xatirəsinə ehtiramın ifadəsi, həm də gələcəyə ünvanlanan rəmzi bir mesaj olub. Balaca fidanlar torpağa tapşırılarkən, şagirdlərin qəlbində vətən sevgisi, tarixə bağlılıq və milli yaddaşa sədaqət toxumları da cücərirdi.
Tədbirdə şagirdlərlə yanaşı müəllim kollektivi də fəal iştirak edib. Əkilən hər ağac Xocalı şəhidlərinin əziz xatirəsinə ithaf olunub. Kiçik yaşlarına baxmayaraq, 3a sinif şagirdləri bu günün mənəvi yükünü anlayaraq aksiyada böyük həvəslə iştirak ediblər. Onlar torpağa basdırdıqları hər fidanla sanki “Unutmadıq, unutmayacağıq” mesajını veriblər.
Aksiyanın təşəbbüskarı və təşkilatçısı sinif rəhbəri Rəhimova Nəzakət müəllimə olub. Nəzakət müəllimə şagirdlərlə tez-tez söhbətlər apararaq tariximizin qanlı, eyni zamanda şərəfli səhifələri haqqında onlara məlumat verir. O, Xocalı soyqırımının yalnız bir faciə deyil, həm də xalqımızın mübarizə ruhunun, dözümünün və milli birliyinin simvolu olduğunu şagirdlərinə aşılayır. Müəllimənin sözlərinə görə, tarixini bilməyən nəsil gələcəyini düzgün qura bilməz. Buna görə də məktəblilərə vətənpərvərlik ruhunun formalaşdırılması ibtidai siniflərdən başlamalıdır.
Ağacəkmə aksiyası sadəcə ekoloji tədbir deyil, həm də dərin mənəvi məna daşıyan vətəndaşlıq dərsi idi. Şagirdlərə izah olunub ki, ağac həyat, davamlılıq və yenilənmə rəmzidir. Necə ki, xalqımız ağır faciələrə baxmayaraq ayaqda qalaraq yenidən dirçəlib, əkilən hər ağac da böyüyərək gələcəyə kölgə və nəfəs verəcək. Bu mənada, Xocalı şəhidlərinin xatirəsinə əkilən fidanlar həm də əbədiyaşarlığın simvoludur.
Tədbir zamanı şagirdlər Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Müəllim və şagirdlərin birgə iştirakı ilə keçirilən bu aksiya məktəbdə yüksək mənəvi ab-hava yaradıb. Balaca əllərlə torpağa əkilən fidanlar, əslində, böyük bir amalın – Vətənə sevginin və tarixə ehtiramın təcəssümünə çevrilib.
Rəhimova Nəzakət müəllimə şagirdlərinə vətənpərvər ruhda addımlamağı, dövlət rəmzlərinə hörmət etməyi, üçrəngli bayrağımızı uca tutmağı daim tövsiyə edir. O bildirir ki, bugünkü şagirdlər sabahın vətəndaşları, gələcəyin ziyalıları və dövlətə xidmət edən layiqli gəncləridir. Onların milli ruhda, sağlam düşüncəli və tarixini bilən fərdlər kimi formalaşması müəllimlərin ən böyük vəzifəsidir.
Ağdaşlı məktəblilərin bu təşəbbüsü bir daha göstərir ki, Xocalı faciəsi xalqımızın yaddaşında yaşayır və yeni nəsillərə ötürülür. Anım günləri yalnız xatırlamaq üçün deyil, həm də dərs çıxarmaq üçündür. Bu dərs isə vətəni sevmək, onu qorumaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaqdır.
Bu gün məktəbin həyətində əkilən ağaclar illər keçdikcə böyüyəcək, kölgə salacaq, bar verəcək. Hər dəfə o ağaclara baxan şagirdlər isə xatırlayacaqlar ki, onlar bir gün Xocalının xatirəsinə fidan əkiblər. Və anlayacaqlar ki, Vətən sevgisi kiçik addımlarla başlayır – bir ağac əkməklə, bir şəhidin adını ehtiramla anmaqla, bir müəllimin söylədiyi ibrətli söhbəti qəlbə yazmaqla.
Belə təşəbbüslər gələcəyə ümid verir. Çünki Vətənini sevən, tarixini unutmayan, bayrağını uca tutan gənclər yetişir. Və bu gənclər sabah Azərbaycanın daha güclü, daha firavan gələcəyinin təminatçıları olacaqlar.
Jalə Ağakişiqızı
Zeferyolu.az-ın rəhbəri























































