İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Dilə qulluq etməmək hansı xəstəliklərə səbəb ola bilər?
"Dilin mütəmadi təmizlənməsi LOR xəstəliklərinin və mədə-bağırsaq traktı pozuntularının profilaktikasına kömək edir, həmçinin dad reseptorlarının həssaslığını qoruyur".
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya"ya rusiyalı stomatoloq-terapevt Arina Sozinova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, dilin səthi mürəkkəb relyefə malikdir: "Çoxsaylı məməciklər geniş, nahamar zona yaradır. Onların girintilərində qida hissəcikləri qalır və bakteriyalar toplanır. Nəticədə dil bir növ mikrofloranın "deposu"na çevrilir.
Məməciklər arasında qalan qida qalıqları bakteriyalar üçün qida mənbəyi rolunu oynayır. Zamanla ağız boşluğunda xoşagəlməz qoxuya - halitoza səbəb olan örtük formalaşır. Bu isə halitozun ən geniş yayılmış səbəblərindən biridir. Buna görə də dilin təmizlənməsi yalnız stomatoloji problemlərin profilaktikası üçün deyil, həm də LOR xəstəliklərinin və mədə-bağırsaq traktı pozuntularının qarşısının alınması baxımından vacibdir.
Bundan əlavə, mütəmadi təmizləmə halitozun şiddətini azaltmağa və dad reseptorlarının həssaslığını qorumağa kömək edir".
Həkim vurğulayıb ki, dili gündə iki dəfə - üzərində örtük görünüb-görünməməsindən asılı olmayaraq diş fırçalanmasından sonra təmizləmək lazımdır. Axşam saatlarında aparılan prosedur gün ərzində yığılan çirkləri aradan qaldırır, səhər isə gecə boyunca formalaşan örtüyü təmizləməyə imkan verir.























































