Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Ruhumun sönməz odusan, ana dilim – Xuraman Muradova
Bakı, 21 fevral, AZƏRTAC
Ana dili bizim milli-mənəvi sərvətimiz, milli varlığımızın sübutu, anamızın laylası ilə ruhumuza, qanımıza hopan doğma dilimizdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə öz çıxışlarında vurğulayırdı: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir”. Dil hər bir kəsin milli mənsubiyyətinin ilkin şərtidir. Millilik, ilk növbədə, ana dilinin varlığının, saflığının qorunması deməkdir. Hər bir kəs öz dilində təmiz, səlis danışmağı bilməli, bu dilin inkişafı üçün əlindən gələni etməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə, Özbəkistan Yazarlar Birliyinin üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova söyləyib. O, ana dilimizə həsr etdiyi şeirini də oxucularla bölüşüb.
“Təsadüfi deyil ki, Abbasqulu ağa Bakıxanov dilçilik kitabının adını “Qanuni-qüdsi” qoyub. Yəni, “müqəddəs qanun” adlandırıb. Müqəddəs sözü “Qurani-Kərim”ə, Məkkəyə, peyğəmbərlərimizə şamil olunduğu zamanlar Bakıxanov öz qrammatika kitabını belə adlandırmışdı. Çünki o müqəddəslər kimi, ana dilinin qanunları da müqəddəsdir. Onu korlamaq, bayağı ifadələrlə, yersiz kəlmələrlə doldurmaq, nizamını pozmaq qəbuledilməzdir.
Böyük yazıçı-dramaturq, publisist, dövlət xadimi Nəriman Nərimanov ana dili haqqında yazırdı: “Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, ana şəfqətini sənə o dildə bəyan edib. Bir dil ki, sənə beşikdəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdirir". Görün, böyük mütəfəkkir öz ana dilini nə gözəl, nə ülvi məhəbbətlə vəsf edib.
Ulu Öndər Heydər Əliyevin bu fikirləri ölkəmizin hər yerində dillər əzbərinə çevrilib: “Hər xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ulu Öndərimizin də söylədiyi kimi millətimizin doğma dilini qorumaq, yaşatmaq, gələcək nəsillərə ərməğan etmək hər birimizin mənəvi borcumuz, insanlıq vəzifəmizdir”, - deyə Xuraman Muradova bildirib.





















































