Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli - 65
18-02-2026, 09:12

Tapdıq Əlibəyli - 65

20 Fevral 2026 05:44Manşet / Dünya

Antarktidada mikroplastik təhlükəsi: Həşəratların qida mənbəyinə çevrilib

 

Kentukki Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu sensasiyalı kəşfə imza atıb. Məlum olub ki, Antarktidanın yeganə yerli həşəratı planetin ən təcrid olunmuş bölgəsində yaşamasına baxmayaraq, mikroplastiklərlə qidalanır.

Oxu.Az "Science Daily" jurnalına istinadən xəbər verir ki, bu, mikroplastiklərin Antarktida həşəratlarına təsirini araşdıran ilk tədqiqatdır. Eyni zamanda, milçəklərin orqanizmində plastik hissəciklərin mövcudluğunu təsdiqləyən ilk elmi sübutdur.

Tədqiqat yalnız Antarktidada yaşayan, uça bilməyən və cəmi düyü dənəsi ölçüsündə olan "Belgica antarctica" növü üzərində aparılıb. Bu həşəratın sürfələri Antarktida yarımadasındakı nəm mamır və yosunlarda yaşayır. Onların sıxlığı hər kvadratmetrdə 40 min fərdə çata bilir. Çürümüş bitkilərlə qidalanaraq ekosistemdə mühüm rol oynayan bu canlılar sərt iqlim şəraitinə yüksək dözümlülükləri ilə seçilirlər.

Antarktida təmiz mühit hesab olunsa da, daha əvvəl bölgənin qarında və dəniz suyunda plastik hissəciklər aşkar edilmişdi. Plastik bu əraziyə okean cərəyanları, külək, həmçinin tədqiqat stansiyaları və gəmilər vasitəsilə daxil olur.

Laboratoriya təcrübələri göstərib ki, mikroplastiklər sürfələrin sağqalma nisbətinə birbaşa təsir etməsə də, onların yağ ehtiyatlarını azaldır. Bu isə ekstremal soyuqlarda enerji ehtiyatı baxımından ciddi risk yaradır. 2023-cü ildə toplanan vəhşi sürfələrin analizində artıq plastik fraqmentlər aşkar olunub. Alimlər qeyd edirlər ki, plastikin səviyyəsi hələlik aşağı olsa da, onun ekosistemə daxil olması gələcəkdə həşəratların enerji balansını poza bilər.