Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Trampın təhdidindən sonra İran - Hərəkətə keçdi
“Hərbi hücum olacağı halda, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı məktubda bildirib.
O, ABŞ-nin güc tətbiqi ilə bağlı bəyanatlarını beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirib.
İrəvaninin sözlərinə görə, bu cür açıqlamalar regionu yeni böhran və qeyri-sabitlik riski ilə üz-üzə qoyur.
İranlı diplomat ABŞ Prezidenti Donald Trampın açıqlamalarının “real təcavüz riskləri” ehtiva etdiyini bildirərək, bunun region üçün fəlakətli nəticələr doğura və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yarada biləcəyini vurğulayıb.
İrəvani məktubda İranın BMT prinsiplərinə və diplomatik həll yollarına sadiq qaldığını qeyd edib. O bildirib ki, Tehran Vaşinqtonla nüvə danışıqlarını ciddi, vicdanlı və konstruktiv şəkildə aparır və qarşı tərəf də eyni yanaşmanı sərgiləyərsə, davamlı və balanslı razılaşma mümkündür.
Diplomat Təhlükəsizlik Şurasının üzvlərini və Baş katibi qanunsuz güc tətbiqi təhdidlərini dayandırmağa, BMT Nizamnaməsi çərçivəsində öhdəliklərə əməl etməyə və gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb:
“Təhlükəsizlik Şurası güc tətbiqi təhdidlərinin normallaşdırılmasına və qanuniləşdirilməsinə icazə verməməlidir. Bu cür davranışlara qarşı tədbir görülməzsə, digər suveren dövlətlər də oxşar risklərlə üzləşə bilər.
Hərbi hücum baş verərsə, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qətiyyətli və mütənasib şəkildə cavab verəcək”.
Bu halda bölgədəki “düşmən bazaları, obyektləri və aktivləri”nin qanuni hədəf sayılacağını bildirən İrəvani mümkün nəticələrə görə ABŞ-nin tam məsuliyyət daşıyacağını qeyd edib.























































