Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Şəhidlik zirvəsi” adlı tədbir keçirilib
Əslən Qərbi Azərbaycan Amasiya rayonundan olan, 1-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Oqtay Müslüm oğlu Şabanova həsr olunmuş “Şəhidlik zirvəsi” adlı tədbir Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhid Oqtay Müslüm oğlu Şabanova həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə Qərbi Azərbaycan İcmasının şöbə müdiri Faiq Kərimov, Sektor müdürü Əbdüləli Həsənov, Amasiya rayonu üzrə Koordinator Əhməd Rzayev, Amasiya rayon icmasının sədr müavini Elmar Hüseynov, Amasiya kənd icmasının sədri Tahir İsgəndərov, Amasiya rayonu şəhid ailələri üzrə koordinatoru Rauf Məmmədov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov, Suraxanı rayonu Ağsaqqallar Şurasının sədri, şəhid atası Əli Qasımov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Şəhid Ailələrini Müdafiə Cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Rzazadə, şəhidin bacısı Rəna Şabanova çıxış edərək bildiriblər ki, şəhidlərimiz xalqımızın qüruru, tariximizin şərəf səhifəsi və gələcək nəsillərə örnək olan qəhrəmanlardır. Vurğulanıb ki, Qarabağ uğrunda gedən döyüşlərdə canından keçən igidlərimizin fədakarlığı heç zaman unudulmayacaq.
Qərbi Azərbaycan Amasiya rayon İcmasının nümayəndəsi polkovnik Elmar Hüseynov çıxışnda Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin və Amasiya rayon icmasının sədri akademik Abel Məhərrəmovun salamlarını şəhid ailələrinə, tədbir iştirakçılarına çatdırıb. O, Suraxanaı rayonunda kompakt halda yaşayan əslən Qərbi Azərbaycandan olan vətəndaşların cəmiyyətin bütün sferalarında uğirla çalışdıqlarını,vətənin ən ağır günlərində isə əldə silah torpaqlarımızı yağı düşmən tapdağından təmizlənməsində iştirak etdiyini bildirib. Azərbaycanın Milli Qəhrəəmanı kapitan Mehdi Abbasov, baş leytenant Muxtar Qasımlı, mayor Mahir Yaşar Məmmədov, baş leytenant Orxan Bəhmən Hüseynov, Orucov Rəfael Sultan oğlu ən uca məqama şəhidlik zirvəsinə ucalıblar.
Tədbirin bədii hissəsində 280 və 281 nömrəli tam orta məktəblərinin şagirdlərinin ifasında səhnəcik, şeir və musiqi kompozisiyası nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.
Fərid Faiqoğlu
AJB-nin üzvü



































































