Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası: “Milli-mənəvi dəyərlərimizin yaşadıldığı bir ocaqda görüş”
“Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası kollektivi muğam sənətinin yaşadıldığı bir ailədə görüş keçirmişdir. Görüşün əsas məqsədi şagirdləri Azərbaycan milli musiqisinin incisi olan muğam sənəti ilə yaxından tanış etmək, bu sənətin ailə mühitində necə qorunub saxlanıldığını və nəsildən-nəslə ötürüldüyünü əyani şəkildə nümayiş etdirmək olmuşdur.
“Xezertv.info” xəbər verir ki, görüş zamanı mərhum xanəndə Vahid Abdullayevin zəngin sənət yolu, muğam ifaçılığı sahəsində qazandığı nüfuz, milli musiqimizin təbliği və yaşadılması istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verilmişdir. Onun sənətə sonsuz sədaqəti, muğam ənənələrinə bağlılığı və Qarabağ muğam məktəbinin davamçısı kimi fəaliyyəti xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Qarabağ xanəndələri” layihəsində mərhum xanəndə Vahid Abdullayevə də yer ayrılmışdır ki, bu da onun sənətinə verilən yüksək qiymətin göstəricisidir.
Mərhum xanəndə Vahid Abdullayevin həyat yoldaşı, muğam müəllimi Kamilə xanım Abdullayevanın pedaqoji fəaliyyəti haqqında da geniş məlumat verilmişdir. Onun ilk iş yerinin S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası olduğu, əmək fəaliyyətinə məhz bu təhsil ocağında başladığı qeyd edilmişdir. Uzun illər ərzində yetişdirdiyi şagirdlər milli musiqimizin layiqli davamçıları kimi formalaşmışdır. Eyni zamanda Kamilə xanım Abdullayevanın şagirdlərinin muğam müsabiqələrində qalib olmaları onun pedaqoji fəaliyyətinin uğurlu nəticəsi kimi xüsusi vurğulanmışdır.
Ailənin övladlarının da S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının məzunları olduğu diqqətə çatdırılmışdır. Hazırda Leyla Abdullayevanın həmin təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərdiyi, tədris prosesində fəallığı, şagirdlərlə səmərəli işi və milli mənəvi dəyərlərin aşılanmasında göstərdiyi təşəbbüskarlıq xüsusi qeyd edilmişdir.
Eyni zamanda muğam müsabiqəsinin qalibi və AzTV-nin solisti Valid Abdullayevin ailə ənənəsini uğurla davam etdirdiyi, muğam sənətini yüksək səviyyədə təmsil etdiyi vurğulanmışdır.
Görüş çərçivəsində şagirdlər muğamın tarixi kökləri, ifa ənənələri və ailə mühitində sənətin necə yaşadıldığı barədə canlı söhbətlərdə iştirak etmiş, sənət nümunələrini dinləmiş və muğamın mənəvi dəyər kimi əhəmiyyətini daha dərindən dərk etmişlər. Şagirdlərdə milli kimliyə bağlılıq, mədəni irsimizə hörmət və sənətə maraq hissi daha da güclənmişdir.
Belə görüşlər şagirdlərin milli mənəvi dəyərlərə bağlı ruhda formalaşmasına, muğam sənətinə marağın artmasına və Azərbaycan mədəni irsinin qorunmasına mühüm töhfə verir.





























































