İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Kamran Əsədov məhkəməyə yazılı vəsatət verib.
Vəsatətdə K. Əsədov azyaşlı övladlarından birinin autizm sindromu olduğunu, həyat yoldaşının şəkərli diabetdən əziyyət çəkdiyini və atasının səhhətini əsas gətirərək ev dustaqlığına buraxılmasını xahiş edib.
Daha sonra Gündüz Abbasov vəsatətini təqdim edib. Hər ikisinin müraciəti təmin edilməyib.
Proses şahidlərin dindirilməsi ilə davam etdirilib.
Ş. Əzizova ifadəsində bildirib ki, Kamran Əsədovla ailəvi dostu vasitəsilə tanış olub. O bildirib ki, övladının universitetə qəbul olması üçün 15 min manat verib. Lakin ərinin təkidi ilə çiyin və qulağa taxılması üçün nəzərdə tutulan texniki vasitələri K. Əsədova qaytarıb və verilən məbləği geri alıb.
Digər şahid S. Abdıyeva Gəncədə yaşadığı üçün Gündüz Abbasovu tanıdığını bildirib. Onun sözlərinə görə, övladı ilə bərabər bir neçə dəfə G. Abbasovla görüşüb və ondan texniki vasitələrin necə işlətmək qaydasını öyrəniblər: “Bunun qarşılığında 3 min manat ödənilməli idi. Pul imtahanın nəticələrindən sonra veriləcəkdi, lakin imtahan vaxtı texniki vasitə işləmədi. Biz də pulu ödəmədik”.
Proses fevralın 19-da davam etdiriləcək.
Yunis Quliyev























































