Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Bugün, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

Xankəndi Stadionu açıldı
7-11-2026, 17:08

Xankəndi Stadionu açıldı

01 Oktyabr 2023 10:13Manşet / Gündəm

Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”

 

Azərbaycanın Baş prokuroru Kamran Əliyev cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən ermənilərə müraciət edib.

Oxu.Az-ın məlumatına görə, Baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, axtarışda olan şəxslər var.

“Qanunsuz birləşmələrin üzvlərinə müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”, deyə o bildirib.

Baş prokuror Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısının beynəlxalq axtarışa verildiyini diqqətə çatdırıb.

Bildirib ki, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb:

“Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”.

Könül Cəfərli