Menu
Xəbər Lenti
Nazir görüş keçirdi
Bugün, 12:03

Nazir görüş keçirdi

Rəsmilər Zəfər parkında
27-09-2026, 15:24

Rəsmilər Zəfər parkında

12 Fevral 2026 06:31Manşet / Siyasət

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edildi

 

Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi məlum olub.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, sözügedən deportasiya prosesi gecə saatlarında reallaşdırılıb.

Bildirilir ki, G.Hacıbəyli hazırkı mərhələdə istintaqa cəlb edilməyib və onun barəsində seçilmiş hər hansı qətimkan tədbiri mövcud deyil.

Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb