Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Keçirdiyi vacib görüşlər yox, geyimi gündəm oldu - Foto
İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani Tehran və Vaşinqton arasında nüvə danışıqlarının ilk mərhələsindən sonra Omana səfər edib.
“Qafqazinfo” xəbər verir ki, Laricani səfər çərçivəsində region ölkələrinin rəhbərləri ilə bir sıra mühüm görüşlər keçirib.
Diplomatik baxımdan əhəmiyyətli hesab edilən təmaslarla yanaşı, onun görüşlərə geyindiyi pencək də sosial mediada müzakirə mövzusuna çevrilib.
Köhnəlmiş görünən geyim bəzi istifadəçilər tərəfindən tənqid olunub.
Qeyd edək ki, İran rəsmiləri ABŞ-nin danışıqlar öncəsi Tehrana dörd əsas şərt təqdim etdiyini bildiriblər. İnqilab Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə komandan müavini Əziz Qəzənfərinin sözlərinə görə, Vaşinqton ballistik raket proqramı, regional silahlı qruplara dəstək, zənginləşdirilmiş uran ehtiyatları və nüvə fəaliyyəti ilə bağlı tələblər irəli sürüb. İran tərəfi isə müdafiə qabiliyyətinin danışıqlar mövzusu olmadığını və təzyiq qarşısında geri çəkilməyəcəyini bəyan edib.
























































