“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
“Netanyahuya bu mövzuda təkid etdiyimi bildirdim” - Tramp
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı yeni sazişin mümkünlüyünü yoxlamaq üçün Tehranla danışıqların davam etdirilməsində israrlı olduğunu bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi 3 saatlıq görüşdən sonra özünün “Truth Social” platformasındakı hesabında məlumat paylaşıb:
“Mən indicə İsrailin Baş naziri Netanyahu və onun nümayəndələri ilə görüşü başa vurdum. Biz hələlik konkret nəticə əldə etməmişik, yalnız mən İranla danışıqların davam etdirilməli olduğunu və razılaşmanın əldə edilib-edilməyəcəyini yoxlamaq üçün təkid etdiyimi bildirdim. Baş nazirə aydın şəkildə bildirdim ki, buna nail olmaq mümkün olsa, daha yaxşı olar”.
Qeyd edək ki, görüşdə həmçinin Yaxın Şərqdəki mövcud gərginlik, Qəzza zolağındakı vəziyyət və İranın regiondakı fəaliyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.























































