Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Trampla bağlı mübahisəyə görə qızını öldürdü
ABŞ-nin Texas ştatında atası tərəfindən güllələnərək öldürülən britaniyalı gənc qadınla bağlı məhkəmə prosesi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, iddialara görə, hadisədən əvvəl qadın atası ilə ABŞ Prezidenti Donald Tramp barədə kəskin mübahisə edib.
2025-ci il yanvarın 10-da Dallas yaxınlığındakı Prosper şəhərində 23 yaşlı Lüsi Harrisonun atası Kris Harrison tərəfindən öldürülməsi ilə bağlı dinləmələr İngiltərənin Çeşir bölgəsində keçirilir.
BBC-nin məlumatına görə, mərhumun sevgilisi Sem Littler məhkəmədə verdiyi ifadədə bildirib ki, hadisə günü Lüsi atası ilə Trampın ikinci prezidentlik müddətinə hazırlaşması mövzusunda böyük və gərgin mübahisə yaşayıb. Onun sözlərinə görə, mübahisə getdikcə şiddətlənib.
Littlerin ifadəsinə əsasən, mübahisədən təxminən yarım saat sonra və hava limanına getməyə az qalmış Lüsi mətbəxdə olarkən atası onun əlindən tutaraq, birinci mərtəbədə yerləşən yataq otağına aparıb. Təxminən 15 saniyə sonra isə evdən silah səsi eşidilib.
Məhkəmədə iştirak etməyən Kris Harrison yazılı açıqlamasında hadisə günü spirtli içki qəbul etdiyini təsdiqləsə də, silahın tətiyini çəkib-çəkmədiyini xatırlamadığını bildirib.
İlkin ifadəsində Harrison qızına yataq otağındakı şkafda gizlətdiyi 9 mm-lik “Glock” yarımavtomat tapançanı göstərmək istədiyini, silahı qaldırdığı anda partlayış səsi eşitdiyini və qızının yerə yıxıldığını deyib.
Dinləmələr məhkəmə patoloqunun rəyinin açıqlanacağı çərşənbə gününədək təxirə salınıb.























































