“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Günel “boğ məni” dedi, mən də boğdum”
Qobustanda arvadı, 42 yaşlı Sadıqova Günel Tahir qızını öldürən 51 yaşlı Cabbarov Mürsəl Əlislam oğlunun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, C.Mürsəl 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin martın 12-də baş verən cinayət hadisəsinə gəlincə, Mürsəl Cabbarov arvadını iplə boğub öldürdükdən sonra bıçaqla özünə xəsarətlər yetirib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arvadı ilə aralarında yaranan mübahisə zamanı Günel Sadıqova evdən çıxıb atasından qalma evə gedib:
“Belə bir hadisənin olacağı heç ağlımdan da keçməzdi. Həmin an özümdə olmamışam. Tək onu xatırlayırlayıram ki, Günel “boğ məni” dedi, mən də boğdum. Başqa məqsədim olmayıb. Aramızda elə möhkəm mübahisə olmamışdı. Uşağı danlayandan sonra evdən getdi. Onu evə gətirmək üçün qaldığı yerə getdim. Hadisə vaxtı evdə heç kim yox idi. Yoldaşım ayaq üstə dayanmışdı, ona yaxınlaşaraq 1 dəqiqənin içində iplə boğazını sıxdım. Hadisə zamanı ağlım başımda olmayıb. Buna görə özümə də xəsarət yetirdim. Törətdiyim əməldən peşmanam”.























































