Xəbər Lenti
Bugün, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Bugün, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Bugün, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Bugün, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dünən, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Dünən, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Dünən, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Dünən, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
27-05-2026, 15:17
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
27-05-2026, 14:23
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
27-05-2026, 14:14
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanovadan müqəddəs “Qurban” bayramı təbriki
26-05-2026, 21:18
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Bəxtiyarın qətlində başqa şəxslərin də əli var - Öldürülən idmançının anası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda idman zalında qətl törətməkdə təqsirləndirilən Əli Abbasovun cinayət işi üzrə məhkəmə məhkəmə araşdırması davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Nahid Piriyev bildirib ki, hadisə mübahisə üstündə baş verib: "Bir-birinə baxmaq üstündə sözləşdilər. Daha sonra Əli idman zalından çıxdı. Gedib Əlini sakitləşdirmək istədim. Dedim ki, lazım deyil. Məni arxayın elədilər ki, söhbət bitdi. Sonra gəldilər zala, Bəxtiyar Əlini şapalaqla vurdu. Əli də onu bıçaqla vurdu. Vüsalla Bəxtiyar bir yerdə idilər. Mən ikisini də sakitləşdirdim. İki qardaş ikisi də Əliyə qarşı əsəbi idilər. Vüsal və Bəxtiyara dedim ki, dava lazım deyil".
Prosesdə qətlə yetirilən Bəxtiyar Nəsibovun anası şahidə etiraz edib. O bildirib ki, bu işdə bir neçə nəfərin əli var, Əli Abbasov Bəxtiyar Nəsibovu tək qətlə yetirməyib: "Əgər Nahid Bəxtiyarı arxadan tutmasaydı, Əli onu öldürə bilməzdi. Bu işdə bir neçə nəfərin əli var. Sən niyə Əlini ikinci dəfə zala buraxmısan? Gördün ki, dava olub Əli çıxıb çölə, onu ikinci dəfə niyə içəri buraxırsan? Marağın nə idi?".
Şahidin sözlərinə görə, Əli Abbasov ona deyib ki, Bəxtiyarla barışmaq istəyir.
"Gördüm Əli ilə Bəxtiyar mübahisə edir. Mübahisə sakitləşdi, Əli çantasını götürüb getdi. Mən zalda məşqimi bitirib geyinmə otağına keçdim. Paltarımı geyinəndə gördüm ki, zalda səs-küy qalxdı. Zala qayıdanda Bəxtiyarın yerdə uzandığını gördüm. Mən telefonumu götürüb təcili yardımı yığdım", - şahid deyib.
Prosesdə ifadə verən şahid Elşən Nağıyev qətl hadisəsinin mübahisə üstündə olduğunu bildirib.
Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla aralarında yaranmış mübahisə zamanı sonuncu ona bədən xəsarətləri yetirib. Sonra Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürüb.
Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa qaytarılmışdı.
İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunaraq yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.























































