Xəbər Lenti
15-08-2026, 19:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 14:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
RUSİYADA AZƏRBAYCANLI QƏTLİ – ŞOK HADİSƏ
09.02.2026-cı il tarixində ARHD.AZ İnformasiya Agentliyinin Qaynar Xəttinə daxil olan məlumata görə, Rusiya Federasiyasının Saratov şəhərində ağır qətl hadisəsi baş verib.
Əslən Xocavənd rayonundan olan Məmmədov Kəyan İsmayıl oğlu qətlə yetirilib. İlkin məlumatlara əsasən, hadisəni əslən Gədəbəy rayonundan olan soydaşımız törədib.
Hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, istintaq davam edir. Mərhumun cənazəsi Azərbaycana gətirilərək dəfn olunub.
Bu faciənin həmvətənlər arasında baş verməsi cəmiyyətdə ciddi narahatlıq doğurub.
Əlavə və dəqiqləşdirilmiş məlumatlar ARHD.AZ tərəfindən təqdim olunacaq.























































