Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Gənclərdə bağırsaq xərçənginə səbəb olan üç əsas amil müəyyən edilib
Rusiyalı onkoloq Sergey İvanov 40 yaşdan aşağı insanlarda bağırsaq xərçəngi riskini artıran, ilk baxışda zərərsiz görünən vərdişlərdən danışıb.
Oxu.Az xəbər verir ki, o, gənc yaşda bu xəstəliyi təhrik edən üç əsas amil barədə "Lenta.ru"ya müsahibəsində bildirib.
İvanovun sözlərinə görə, ilk təhlükəli vərdiş energetik içkilərin istifadəsidir. Bu içkilərdə çoxlu şəkər, kofein və sürətli karbohidratlar olur ki, bu da mədə-bağırsaq traktında iltihabı, çəki artımını, insulinə davamlılığı və II tip diabetin inkişafını stimullaşdırır. Həkimin izahına görə, bu hallar kolorektal xərçəng üçün risk faktorları sayılır.
Bundan əlavə, gec saatlarda yemək və yatmazdan əvvəl qəlyanaltı etmək də təhlükəli ola bilər. Bu zaman qlükoza və insulin səviyyəsi kəskin artır, nəticədə öd turşularının tərkibi və bağırsaq mikrobiotası dəyişir. Onkoloqun sözlərinə görə, tez-tez gecə saatlarında yemək yeyən gənclərdə bağırsaq xərçəngi, bu vərdişi olmayan insanlara nisbətən daha çox aşkar edilir.
Nəhayət, İvanov bağırsaq sağlamlığı üçün ultra-emal olunmuş qidaların da zərərli olduğunu vurğulayıb. "Fast-food", qazlı içkilər və yarımfabrikatlarda çoxlu şəkər, rafinə olunmuş nişasta, yağlar, duz və texnoloji əlavələr var, lakin demək olar ki, lif yoxdur. Böyük tədqiqatlar bu cür qidaların yüksək istehlakı ilə bağırsaq xərçəngi riskinin artması arasında əlaqə olduğunu göstərir", - deyə həkim xəbərdarlıq edib.























































