Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Pis əhvali-ruhiyyənin daha bir səbəbi müəyyən edildi
Pis əhvali-ruhiyyə hər zaman yuxusuzluq, işdə yorğunluq və ya hava şəraiti ilə bağlı olmur. Bəzən bunun daha dərin və incə bir səbəbi mövcuddur - mədə və bağırsaq problemləri.
Oxu.Az xəbər verir ki, bu barədə qastroenteroloq Tatyana Qolovçanskaya Gazeta.Ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, emosional balanssızlığın kökü hər zaman beyində olmur, bəzən problem məhz həzm sistemindən qaynaqlanır. O bildirib ki, həzm sistemi ilə psixoemosional vəziyyət arasındakı sıx əlaqə artıq uzun müddətdir elmi şəkildə sübut olunub. Məsələn, depressiya və ya xroniki narahatlıq çox vaxt mədə və bağırsaq problemləri ilə müşayiət olunur. Bu proseslər bir-biri ilə sıx bağlı olan iki damar kimidir.
Mütəxəssis qeyd edib ki, bağırsaq mikrobiotası beynin kimyəvi balansına düşündüyümüzdən qat-qat güclü təsir göstərir. Bu təsir sinir kanalları, hormonal siqnallar, immun mexanizmlər və hətta mikroorqanizmlərin tullantıları vasitəsilə baş verir. Bəzən bağırsaq mikrobiotasındakı dəyişikliklər antidepresant qəbulundan sonra müşahidə edilən təsirlər qədər dərin ola bilər.
Bununla belə, bağırsaq sağlamlığını qorumaq və dəstəkləmək mümkündür. Həkim tövsiyə edir ki, gündəlik qidalanmada tərəvəzlərə, meyvələrə, tam taxıllı çörəyə, dənli bitkilərə, lobya və mərciməyə daha çox yer verilsin. Bu məhsulların çatışmazlığı bağırsaq mikrobiotasının "ac qalmasına" səbəb olur. Mütəxəssis vurğulayıb ki, "rahatlaşmaq məqsədilə" müntəzəm spirtli içki qəbulu, kolbasa və peçenye kimi məhsullardan tez-tez istifadə, eləcə də əsassız antibiotik qəbulu bağırsaq sağlamlığını ciddi şəkildə pozur.
"Vaxtaşırı kefir, şəkərsiz qatıq, fermentləşdirilmiş bişmiş süd, turş kələm və digər fermentləşdirilmiş qidaların rasiona daxil edilməsi olduqca faydalıdır", - deyə Tatyana Qolovçanskaya əlavə edib.























































