Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Ağrılarınızı unudun, bu bitki təbii ağrıkəsicidir...
Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir. Şirniyyatlara əlavə edilir, həmçinin, çay formasında da istifadə edilir. Antibakterial xüsusiyyəti mövcuddur.
“Qafqazinfo” zəncəfilin faydaları və zərərlərini təqdim edir:
Zəncəfilin mədə və həzm sistemindəki faydaları
Mədə şişkinliyi üçün faydalıdır. Mədə ağrısı və mədə bulantısını keçirməyə kömək edir. Kimyaterapiya qəbul etmiş şəxslərdə və hamilələrdə yaranan mədə bulantısının keçməsinə yardım edir. Reflüks xəstəliyi zamanı effektlidir. Bağırsaq pozulmalarına yaxşı təsir göstərir.
Ürək sağlamlığı və tənəffüs yolları üçün faydaları
Mütəmadi istifadə edilərsə, qan dövranını tənzimləyir, damarlardakı yağ toplanmasının qarşısını alır. İnfarkt riskini azaldır. Xolesterinin düşməsinə kömək edir. Nəfəs darlığı üçün zəncəfil yağından istifadə edə bilərsiniz.
İnfeksiyalara qarşı təsirləri
İmmunitet sistemini gücləndirir və vücudun infeksiyalara qarşı daha sürətli reaksiya verməsini təmin edir. Antiseptik xüsusiyyəti, mədə və bağırsaq infeksiyalarının keçməsində kömək edir. Göbələk infeksiyalarının yaxşılaşmasına ən təsirli bitkidir.
Ağrılara qarşı təsirləri
Sinir uclarında mövcud olan müxtəlif hüceyrələrə təsir edir və ağrını keçirir. Menstruasiya ağrılarının keçməsinə kömək edir. Diz ağrısı üzərində də təsiri mövcuddur.
Zəncəfilin zərərləri nələrdir?
Çox istifadə zamanı mədə yanması və mədə turşuması kimi problemlərə yol aça bilər. Qan sulandırıcı xüsusiyyəti mövcuddur. Yeni zəncəfil yaxşı çeynənilərək istifadə edilməzsə, bağırsaq tıxanıqlığına yol aça bilər. Öd daşı olan şəxslərə mənfi təsir göstərir.
Hamiləlik müddətində diqqətlə istifadə edilməlidir. Çox istifadə zamanı düşük riski yarana bilir. Çox istifadə edildiyi zaman ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Zəncəfil necə istifadə edilir?
Təzə zəncəfil, istilik və oksigenə qarşı dayanıqsızdır. Təzə zəncəfil kökü, hava almayan sərin yerdə saxlanılmalıdır. Soyuqdəymə zamanı effektlidir. Zəncəfil tozunun bir şirniyyat qaşığından çox istifadə edilməməsi tövsiyə edilir. Bu miqdarlar immunitetə görə fərqlilik göstərə bilər. Kəskin dadı olduğundan yeməklərə az əlavə edilməsi tövsiyə edilir.























































