Menu
Xəbər Lenti
İsrail atəşkəsi pozdu
Dünən, 11:01

İsrail atəşkəsi pozdu

Polis silah-sursat götürdü
13-04-2026, 11:33

Polis silah-sursat götürdü

14 yolda tıxac var - Siyahı
13-04-2026, 11:07

14 yolda tıxac var - Siyahı

07 Fevral 2026 07:49Manşet / Gündəm

“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman

 

“İdrak” liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

“Bir daha media nümayəndələrinə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm.

Qeyd edək ki, belə hallarla bağlı tərəfimizdən aidiyyəti qurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təmin edilir.

Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirəm”, - deyə məlumatda qeyd edilib.