Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
İsmayıl Zalov
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri,
beynəlxalq hüquq eksperti,
hüquq üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva müasir Azərbaycan tarixində humanizm, mərhəmət, yüksək dövlətçilik məsuliyyəti və vətəndaşa bağlılıq anlayışlarının canlı təcəssümüdür. Onun çoxşaxəli, ardıcıl və dərin mənəvi dəyərlərə söykənən fəaliyyəti illərdir ki, Azərbaycan xalqının rifahına, cəmiyyətimizin sosial sabitliyinə və dövlət–vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Mehriban xanım Əliyeva daim sadə insanların yanında olmuş, onların problemlərinə biganə qalmamış, xüsusilə də həssas əhali qruplarının müdafiəsini öz fəaliyyətinin əsas prioritetlərindən birinə çevirmişdir. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial, humanitar, mədəni və səhiyyə layihələri minlərlə insanın həyatında real və müsbət dəyişikliklərə səbəb olmuşdur. Bu layihələr təkcə maddi rifahın yüksəldilməsinə deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycan kimliyinin möhkəmlənməsinə xidmət edir.
Mehriban xanım Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda mənəvi dəyərlər, vicdan və insana sevgi ilə möhkəmlənir. Onun humanist yanaşması Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin mahiyyətini açıq şəkildə nümayiş etdirir və vətəndaşlarda dövlətə olan inamı daha da gücləndirir.
Mən, ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti və hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov olaraq, Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətində tutduğu müstəsna mövqeyi, dövlətçiliyimizin möhkəmləndirilməsi, hüquqi və demokratik dəyərlərin inkişafı, eləcə də vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində gördüyü əvəzsiz işləri yüksək dəyərləndirirəm. Onun fəaliyyəti hüquqi dövlət anlayışının yalnız kağız üzərində deyil, real həyatda tətbiqinin bariz nümunəsidir.
Azərbaycan Respublikası bu gün hüquqi, demokratik və güclü dövlət kimi tanınırsa, bu prosesdə Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi və əvəzolunmaz yer tutur. O, beynəlxalq platformalarda Azərbaycan Respublikasını ləyaqətlə təmsil edərək ölkəmizin sülhsevər, humanist və etibarlı tərəfdaş imicinin formalaşmasına mühüm töhfələr verir, Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdırır.
Eyni zamanda, Azərbaycan xalqı tarixi bir mərhələni yaşamışdır. Otuz ilə yaxın davam edən işğala son qoyulmuş, bu gün azad edilmiş Qarabağ torpaqlarında məscidlərimizdə yenidən azan səsi ucalmaqdadır. Bu, təkcə hərbi qələbə deyil, milli ləyaqətin, tarixi ədalətin və xalq iradəsinin təntənəsidir. Bu möhtəşəm Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və müdrik rəhbərliyi altında əldə edilmişdir.
Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız, bərpa olunan şəhərlərimiz, dirçələn mədəni və dini abidələrimiz Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və milli ruhunun göstəricisidir.
Bu tarixi nailiyyətlər fonunda Mehriban xanım Əliyevanın Azərbaycan xalqına, dövlətinə və gələcək nəsillərə xidmət edən fəaliyyəti xüsusi hörmət və dərin ehtiram doğurur. Ona gələcək fəaliyyətində möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzulayıram.























































