Menu
Xəbər Lenti
Mahmud Quluzadə vəfat etdi
21-08-2025, 10:06

Mahmud Quluzadə vəfat etdi

25 Avqust 2025 19:35Manşet / Gündəm

“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov - "Mehriban Əliyeva – Dövlətə xidmətin və insani dəyərlərin simvolu".

Azərbaycanın inkişaf yolunda dövlətçilik ənənələrinin qorunması və humanist dəyərlərin möhkəmlənməsi hər zaman milli liderlərin və dövlət xadimlərinin xüsusi fəaliyyət sahəsi olmuşdur. Bu ənənənin davamı olaraq, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyəti Azərbaycan tarixində unudulmaz iz buraxmışdır. Onun həyata keçirdiyi təşəbbüslər, həyata keçirdiyi sosial, mədəni, təhsil, səhiyyə və humanitar layihələr, xüsusilə də insana və insanlığa verdiyi dəyər onu həm dövlətçilik simvoluna, həm də insani dəyərlərin daşıyıcısına çevirmişdir.

Mehriban Əliyevanın fəaliyyəti təkcə ölkə miqyasında deyil, bütün dünyada humanizm nümunəsi kimi qəbul olunur. O, Azərbaycan qadınının fədakarlığını, dövlətə bağlılığını, insanlığa xidmətini öz simasında yaşadır və bu keyfiyyətlər gənc nəslin də örnəyinə çevrilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıya çıxan ən böyük vəzifələrdən biri dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli kimliyinin qorunması idi. Bu prosesdə müxtəlif sahələrdə atılan addımlar arasında sosial və humanitar istiqamətlər xüsusi önəm daşıyır. Mehriban Əliyeva məhz bu istiqamətdə yorulmaz fəaliyyət göstərərək, dövlət siyasətinin insana xidmət prinsipinə söykənməsinə böyük dəstək olmuşdur.

Onun təşəbbüsü ilə həyata keçirilən layihələrdə əsas qayə dövlətin gücünü sadə vətəndaşın rifahına yönəltməkdir. Bu isə Azərbaycan vətəndaşında dövlətə inamı, sabaha ümid hissini möhkəmləndirir. Məhz belə addımlar nəticəsində xalqla dövlət arasında güclü birlik formalaşıb.

Mehriban Əliyevanın fəaliyyətini xarakterizə edən ən mühüm cəhətlərdən biri də insana sevgi və mərhəmət hissidir. O, daim şəhid ailələrinə, müharibə veteranlarına, aztəminatlı ailələrə, uşaqlara, qocalara xüsusi diqqət göstərmişdir. Onun dəstəyi ilə minlərlə ailənin həyatında dönüş nöqtəsi baş vermiş, ümid işığı yanmışdır.

Hər bir dövlət qurumu, eləcə də özəl şirkətlər üçün bu yanaşma nümunədir. Çünki işçilərin sosial müdafiəsi, onların rifahına qayğı, ədalətli münasibət və insana dəyər prinsipləri həm dövlətin, həm də cəmiyyətin inkişafında əsas rol oynayır. “Şirvan Operating Company Ltd”də formalaşdırılan həmkarlar ittifaqı siyasəti də məhz bu prinsiplərə söykənir.

Təhsil və mədəniyyət xalqın milli kimliyinin, dövlətin gələcəyinin əsas sütunlarıdır. Mehriban Əliyeva bu sahələrdə də çoxsaylı layihələr həyata keçirmişdir. Onun təşəbbüsü ilə məktəblər, uşaq bağçaları, təhsil müəssisələri tikilmiş və bərpa olunmuş, minlərlə gəncin savadlanmasına şərait yaradılmışdır.

Mədəniyyət sahəsində isə Azərbaycanın zəngin irsi dünyaya tanıdılmış, milli musiqimiz, ədəbiyyatımız və incəsənətimiz beynəlxalq platformalarda təqdim olunmuşdur. Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin himayədarı kimi ölkəmizin yumşaq gücünün güclənməsinə mühüm töhfələr verib.

Səhiyyə insan həyatının qorunmasında ən mühüm sahələrdən biridir. Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində yeni səhiyyə ocaqları tikilmiş, mövcud müəssisələr yenilənmiş, aztəminatlı ailələrin pulsuz müalicəsinə şərait yaradılmışdır.

Xüsusilə uşaqların sağlamlığı, nadir xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi, əlillərin sosial reabilitasiyası istiqamətində görülən işlər onun humanizm fəlsəfəsinin bariz nümunəsidir. Bu xidmətlər sayəsində Azərbaycan vətəndaşları dövlətin onların sağlamlığını və gələcəyini düşündüyünü görür.

Mehriban Əliyevanın fəaliyyətində mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq miqyasda uğurla təmsil olunmasıdır. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar və mədəni tədbirlər ölkəmizin dünyadakı imicini gücləndirib. Bu gün Azərbaycan həm siyasi, həm də mədəni-humanitar sahədə nüfuzlu mövqeyə sahibdirsə, bunda Mehriban Əliyevanın böyük payı vardır.

Mehriban Əliyeva Azərbaycanın beynəlxalq münasibətlər sistemində hörmət qazanan simalardan biridir. Onun insanlığa xidmət edən fəaliyyəti Azərbaycan qadınının gücünü və zərifliyini bütün dünyaya nümayiş etdirir.

Azərbaycan tarixində qadınlar hər zaman milli mübarizədə, ailə dəyərlərinin qorunmasında, elm və mədəniyyətin inkişafında böyük rol oynamışdır. Bu ənənə bu gün də davam edir. Mehriban Əliyeva həm dövlət xadimi, həm də ana kimi Azərbaycan qadınının müasir dövrdəki ideal simasını təcəssüm etdirir.

Onun fəaliyyəti göstərir ki, qadın həm siyasətdə, həm də cəmiyyətin sosial-mədəni həyatında böyük uğurlar qazana bilər. Mehriban xanımın timsalında gənc qızlarımıza, gənc analarımıza, ümumən Azərbaycan qadınlarına örnək bir model var.

Mehriban Əliyevanın fəaliyyəti həm dövlət strukturları, həm də özəl təşkilatlar üçün strateji nümunədir. O, həmkarlar ittifaqlarının fəaliyyətində insana qayğı prinsipinin möhkəmləndirilməsini, əməkdaşların hüquqlarının qorunmasını, onların sosial rifahının artırılmasını məhz bu örnəyə əsaslandırır.

Mehriban Əliyevanın dövlətə xidmət fəlsəfəsi bir daha sübut edir ki, dövlətçilik ideyası yalnız güclü iqtisadiyyatla deyil, həm də güclü humanist dəyərlərlə möhkəmlənir.

Mehriban Əliyeva müasir Azərbaycan tarixində dövlətə xidmətin, humanizmin, mərhəmətin və insana qayğının simvolu kimi dəyərləndirilir. Onun fəaliyyəti dövlətçilik ideyalarının möhkəmlənməsinə, xalqın rifahına, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına böyük töhfələr vermişdir.

Mehriban Əliyeva hər bir azərbaycanlı üçün örnəkdir. Onun həyat fəlsəfəsi, insana sevgi ilə yanaşması, dövlətçilik ənənələrinə sədaqəti həm dövlət qurumlarının, həm də cəmiyyətin müxtəlif təbəqələrinin fəaliyyətində rəhbər prinsip olmalıdır.

26 avqust tarixində Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın doğum günü tamam olur. Bu əlamətdar gün münasibətilə öz adımdan və “Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin bütün əməkdaşlar adından Mehriban xanımı ürəkdən təbrik edirik.

Mehriban xanım Əliyeva, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və dövlətçilik yolunda fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin humanizm dolu fəaliyyətiniz hər birimiz üçün örnəkdir. Doğum gününüz mübarək!

Taleh Məmmədov

“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri