18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Heydər Əliyevin xeyir-duasını almış Masallıdan olan Əminə Seyidzadə
Cənubunsəsi təqdim edir.
“Onları tanıyaq” rubrikası.
Azərbaycanın ictimai-siyasi həyatında elə simalar var ki, onların yolu təkcə şəxsi uğur hekayəsi deyil, eyni zamanda dövlətçilik, sədaqət, zəhmət və milli iradə məktəbidir. Bu gün “Onları tanıyaq” rubrikamızda məhz belə bir dəyərli xanımı – Seyidzadə Əminə Dadaş qızını oxucularımıza təqdim edirik.
Bu xanım öz fəaliyyəti, prinsipial mövqeyi və dövlətə sədaqəti ilə Ulu Öndər Heydər Əliyevin xeyir-duasını almış, eyni zamanda Prezident İlham Əliyevin formalaşdırdığı peşəkar kadrlar sırasında yer alan nüfuzlu dövlət xadimlərindəndir.
Seyidzadə Əminə Dadaş qızı 1971-ci il 24 avqust tarixində Masallı rayonunun Türkoba kəndində dünyaya göz açmışdır. İlk təhsilini 1978–1988-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbində alaraq, elmin və biliyin işığına hələ gənc yaşlarından könül vermişdir. Onun təhsil yolu ardıcıl, məqsədli və əzmli zəhmətin bariz nümunəsidir.
1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunan Əminə xanım 1995-ci ildə ali təhsilini uğurla başa vurmuş, elmi biliklərini daha da dərinləşdirmək məqsədilə 1997–2002-ci illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil almışdır. Bu, onun həm humanitar, həm də hüquqi düşüncə tərzinin formalaşmasına zəmin yaratmışdır.
Əmək fəaliyyətinə doğma Türkoba kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayan Seyidzadə Əminə xanım gənc nəslin milli ruhda yetişməsində mühüm rol oynamışdır. Paralel olaraq ictimai-siyasi fəaliyyətə qoşularaq 1998–2001-ci illərdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini, eyni zamanda Qadınlar Şurasının sədri kimi məsul vəzifələr daşımışdır.
O, təkcə yerli səviyyədə deyil, respublika miqyasında da fəal mövqeyi ilə seçilmişdir. Respublika Müəllimlər Qurultayının, Respublika Qadınlar Qurultayının, YAP-ın I Qurultayının nümayəndəsi, 1998-ci ildə isə Ümumrespublika Gənclər Forumunun nümayəndəsi olmuşdur. Bu etimad onun cəmiyyətdə qazandığı nüfuzun göstəricisi idi.
Dövlət qulluğunda fəaliyyətə 2005-ci ildən başlayan Əminə Seyidzadə ardıcıl şəkildə məsul vəzifələrdə çalışmışdır. 2005–2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində şöbə müdiri, 2007–2010-cu illərdə nazirliyin aparatında baş məsləhətçi, 2011–2016-cı illərdə Dövlət Sosial Təminat Xidmətinin rəis müavini, 2016–2020-ci illərdə isə Dövlət Sosial Müdafiə Fondunun direktor müavini vəzifələrində yüksək peşəkarlıqla xidmət etmişdir.
2000-ci ildə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası tərəfindən deputatlığa namizədliyi təsdiqlənmiş, dövlət qulluğunda isə baş müşavir ixtisas dərəcəsinə layiq görülmüşdür. Dəfələrlə rayon və respublika səviyyəli tədbirlərdə ali tribunalardan etdiyi çıxışlar onun güclü natiqlik qabiliyyətini, dərin siyasi baxışını və dövlətçilik mövqeyini ortaya qoymuşdur.
Xüsusilə qeyd olunmalıdır ki, 1999-cu il noyabrın 20-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 7 illiyi münasibətilə keçirilən, hökumət və dövlət rəsmilərinin iştirak etdiyi mötəbər tədbirdə etdiyi çıxış YAP rəhbərliyinin diqqətini cəlb etmişdir. Məhz bu çıxışdan sonra, cəmi bir ay ərzində, Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi tədbirə dəvət olunaraq ali tribunadan çıxış etmiş və Ümummilli Liderin xeyir-duasını qazanmışdır. Bu, hər kəsə nəsib olmayan böyük etimad və tarixi məqamdır.
Bu gün Seyidzadə Əminə Dadaş qızı həm həyat yolu, həm də dövlətə sədaqətli fəaliyyəti ilə gənc nəsil üçün nümunədir. Onun keçdiyi yol zəhmətin, əqidənin və vətənə xidmətin təcəssümüdür.
Cənubunsəsi olaraq inanırıq ki, belə dəyərli kadrların tanıdılması cəmiyyət üçün mühüm mesajdır. Çünki dövlətini sevən, xalqına xidmət edən insanlar hər zaman hörmətə layiqdir.
Cənubunsəsi
Mərhəmət Lələyev
Məlumatdan istifadə etdikdə istinad mütləqdir





















































