Xəbər Lenti
Bugün, 12:12
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
"Bəzən biz qanunları qəbul edirik, amma icrası çətin olur. Azərbaycanda ilk ürək transplantasiyası əməliyyatı icra olunandan sonra donorların sayı artıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" adlı dəyirmi masada səsləndirib.
O bildirib ki, insanların donor olması ilə bağlı təbliğat işləri güclənməlidir:
"Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insan sayı çoxdur. Bu mövzuda əsas məsələ donorun tapılmasıdır".
Məhərrəm Əliyev























































