Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
“Onkoloji xəstələrin tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir” - Yenilənib
“Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.
“İnsanlar arasında böyük tələfata səbəb olan onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. 5 il əvvəl büdcədə səhiyyə xərcləri 780-800 milyon manat olub. Bu gün İcbari Tibbi Sığorta Fondunun da vəsaitləri daxil olmaqla, bu vəsait 4 dəfə artıb və 3.5 milyard manata çatıb. Ancaq onkoloji xidmətlərə ayrılan vəsait 50 milyon manat çərçivəsində qalıb.
Onkoloji xəstəliklərin müalicəsinin İcbari Tibbi Sığortaya daxil olmaması anlaşılan deyil. Çünki ürək-damar xəstəliklərindən sonra, ən çox yayılmış xəstəliklərdən biri onkoloji xəstəliklərdir. Bizə deyirlər ki, bu, böyük vəsait tələb edir. İlk addım olaraq, bu xəstələrin müalicəsi üçün dərman preparatlarını icbari tibbi sığortaya daxil etmək olar”, - deyə Ə.Əmiraslanov əlavə edib.
***
Ə.Əmiraslanov qeyd edib ki, xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərcləri icbari tibbi sığorta təminatına alınmalıdır:
“Son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. Təklif edirəm ki, sözügedən müayinə üsulu gələcəkdə icbari tibbi sığorta hesabına qarşılansın”.
Qeyd edək ki, Pozitron Emissiya Tomoqrafiyası (PET) orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur.
Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda (məsələn, şişdə, beyində, ürəkdə və s.) toplanaraq ətrafa şüalanma verir (fotonlar yayır).
Nəticədə, həkim orqanizmin hər hansı bölgəsində hüceyrə səviyyəsində baş verən bütün dəyişiklikləri qeydə alır.
Nuranə Daxilqızı























































