Menu
Xəbər Lenti
29 Yanvar 2026 18:22Manşet / Gündəm

Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət

 

Bakı şəhərinin yol təsərrüfatı ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət daşıyan, daim diqqət mərkəzində olan sahələrdən biridir. Paytaxtın intensiv nəqliyyat axını, əhalinin gündəlik hərəkət tələbatı və təhlükəsizlik məsələləri bu sahədə çalışan rəhbər və kollektivlərdən yüksək məsuliyyət, peşəkarlıq və çevik idarəetmə tələb edir. Məhz belə rəhbərlərdən biri də “Bakı 4 №-Li Yol İstismarı” MMC-nin rəhbəri Fazil Musayevdir. Onun fəaliyyəti yol təsərrüfatında keyfiyyət, intizam və dövlətə sədaqət anlayışlarının real təcəssümüdür.


Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin sonlarından etibarən yol infrastrukturunun ölkənin inkişafında mühüm rol oynadığını xüsusi vurğulamış, bu sahənin strateji əhəmiyyətini ön plana çəkmişdir. Onun müəyyənləşdirdiyi uzaqgörən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və müasir tələblərə uyğun şəkildə davam etdirilir. Son illərdə ölkə üzrə, xüsusilə də Bakı şəhərində avtomobil yollarının yenidən qurulması, genişləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması dövlət başçısının bu sahəyə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.


Bu uğurlu siyasətin icrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və onun İdarə Heyətinin sədri Saleh Məmmədovun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Agentliyin rəhbərliyi altında yol infrastrukturunda aparılan sistemli islahatlar, şəffaf idarəetmə və texniki yeniliklərin tətbiqi sahənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Məhz bu ümumi dövlət strategiyasının yerli səviyyədə uğurla icra olunması Fazil Musayev kimi məsuliyyətli rəhbərlərin əməyində öz əksini tapır.


Fazil Musayevin rəhbərlik etdiyi “Bakı 4 №-Li Yol İstismarı” MMC paytaxtın bir sıra əsas və köməkçi yollarında istismar, təmir və qulluq işlərini yüksək səviyyədə həyata keçirir. Yol örtüklərinin vaxtında bərpası, asfalt-beton işlərinin keyfiyyətlə görülməsi, yol nişanlarının yenilənməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və mövsümi risklərin operativ aradan qaldırılması onun gündəlik fəaliyyətinin əsas istiqamətləridir. Bu işlərdə əsas prinsip vətəndaşların rahatlığı, təhlükəsizliyi və məmnunluğudur.


Fazil Musayev dövlətə və dövlətçiliyə xidməti sadəcə idarəçilik funksiyası kimi deyil, vicdan və məsuliyyət məsələsi kimi dəyərləndirir. O, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasını dəstəkləyir, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət nümayiş etdirir. Rəhbər kimi kollektivində də bu ruhu formalaşdırır, əməkdaşlarını dövlətə bağlılıq, peşəkar məsuliyyət və vətənpərvərlik prinsipləri əsasında birləşdirir.


Xüsusilə qeyd olunmalı məqamlardan biri də Fazil Musayevin şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdır. O, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə dərin hörmətlə yanaşır, onların problemlərinə biganə qalmır. Müxtəlif sosial təşəbbüslər, mənəvi dəstək tədbirləri və müraciətlərə həssas münasibət onun insani keyfiyyətlərini bir daha ortaya qoyur. Bu yanaşma dövlətin sosial siyasəti ilə tam uzlaşır və cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.


Fazil Musayev eyni zamanda gənc kadrların yetişdirilməsinə, texniki biliklərin artırılmasına və iş prosesində müasir yanaşmaların tətbiqinə xüsusi önəm verir. Onun rəhbərliyi altında MMC-də əmək intizamı, təhlükəsizlik qaydalarına riayət və keyfiyyət standartları əsas meyar kimi qorunur. Bu da görülən işlərin davamlı və etibarlı olmasını təmin edir.


“Bakı 4 №-Li Yol İstismarı” MMC-nin rəhbəri Fazil Musayev yol təsərrüfatında öz peşəkarlığı, dövlətə sədaqəti və sosial məsuliyyətli mövqeyi ilə seçilən nümunəvi rəhbərdir. Onun fəaliyyəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yoluna, Prezident İlham Əliyevin həyata keçirdiyi müasir yol infrastrukturu siyasətinə və Saleh Məmmədovun rəhbərlik etdiyi Agentliyin strateji xəttinə layiqli töhfədir. Fazil Musayevin əməli fəaliyyəti sübut edir ki, dövlətə vicdanla xidmət edən rəhbərlər sayəsində Azərbaycan yolları daim inkişaf və təhlükəsizlik yolunda irəliləyir.