Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Qəhvə həvəskarları üçün içkinin gündəlik təhlükəsiz həcmi açıqlandı
Qəhvə sevənlər üçün sağlamlığa zərər vermədən gün ərzində içə biləcəkləri maksimum gündəlik həcm açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı qastroenteroloq Sergey Lopatin Lenta.ru-ya müsahibəsində danışıb.
"Böyük insan üçün kofeinin maksimum gündəlik dozası 400 milliqram təşkil edir ki, bu da təxminən altı fincan espressoya və ya iki-üç böyük fincan amerikano və ya kapuçinoya bərabərdir", - deyə Sergey Lopatin bildirib.
Mütəxəssisin sözlərinə görə, nəzərə almaq lazımdır ki, 400 milliqram kofein sağlam insan üçün təhlükəsiz dozadır. Onun sözlərinə görə, yuxusuzluq, narahatlıq pozğunluqları, ağır hipertoniya və ürək-damar xəstəlikləri, qastrit və mədə xorası kimi hallarda qəhvə istehlakı məhdudlaşdırılmalıdır. Həmçinin məsləhət olunan doza hamilə qadınlar üçün də iki dəfə aşağıdır.
Bundan əlavə, Sergey Lopatinin qeyd etdiyi kimi, nəzərə almaq lazımdır ki, hazır içkidə olan kofein konsentrasiyası taxıl növü də daxil olmaqla, bir sıra amillərdən asılıdır. Məsələn, 100 qram arabikada təxminən 1-1.5 qram kofein mövcuddur, 100 qram robustanın tərkibində isə 2-3 qram kofein ola bilər.
Həmçinin dəmləmə üsulu və porsiyanın həcmi də əhəmiyyət kəsb edir. Mütəxəssisin sözlərinə görə, filtr qəhvə və ya adətən türk qəhvəsinin hazırlandığı qəhvə qabında hazırlanmış içki amerikano və ya espressodan daha yüksək kofein konsentrasiyasına malik ola bilər.























































