Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Sağlam dişlər üçün bunlara diqqət edin
Həyat tərzindəki dəyişikliklər, yemək vərdişləri, inkişaf edən texnologiya və istifadə olunan məhsullar kimi bir çox faktorlar ağız və diş sağlamlığına təsir göstərir.
Bəs, ağız və diş sağlamlığımızı qorumaq üçün nələrə diqqət etməliyik?
“Qafqazinfo” xəbər verir ki, stomatoloqlar gündə iki dəfə dişlərinizi fırçalamağı məsləhət görür, lakin dişlərinizi qorumaq və diş ətinizi yaxşı vəziyyətdə saxlamaq üçün əlavə tədbirlər görmək lazımdır.
Qəhvə və ya qazlı içkilər kimi zahirən zərərsiz görünən qidalar diş minasını zəiflədə və dişlərdə ləkələrə səbəb ola bilər. Gün ərzində davamlı olaraq qəhvə istehlak etmək ağızda turşu ifraz edən bakteriyaların aktivləşməsinə səbəb olur. Bu bakteriyalar diş səthində yaşayır və diş çürüməsinə səbəb olur. Qəhvə istehlakını azaltmaq, əvəzinə süd və süd məhsulları seçmək diş sağlamlığı üçün vacibdir.

Diş sağlamlığı üçün ediləcək ən vacib şeylərdən biri də diş ipindən istifadə etməkdir. Diş fırçası ağızdakı bəzi nöqtələrə çatmaq üçün kifayət etmir. Dişlər arasındakı boşluqları diş ipi ilə təmizləyərək çürümənin qarşısını almaq mümkündür.

Diş ipindən istifadə qədər vacib olan başqa bir məqam da hər kəsin bildiyi kimi gündə iki dəfə dişləri fırçalamaqdır. Diş fırçası hər 3 aydan bir dəyişdirilməlidir. Bir çox insan diş fırçasını və pastasını isladaraq istifadə edir, lakin bu çox yanlışdır. Diş fırçası nəmlənmə nəticəsində yumşalır və yaxşı təmizləyə bilmir. Diş məcunu isə islandıqda flüoridi itirir.

Su bədənimiz üçün ən böyük sağlamlıq mənbəyidir. Bu, dişlər üçün də çox vacibdir. Xüsusilə yeməkdən dərhal sonra su içmək ağız boşluğunun ümumi təmizlənməsini təmin edir. Bu da ağız və diş sağlamlığımızı qorumaqda yardımçı olur.
Diş sağlamlığının ilk növbədə yaşla əlaqəsi xüsusilə vacibdir. Sümük sıxlığının azalması və hüceyrə yenilənmə sürətinin azalması kimi səbəb olduğu dəyişikliklər ağızdakı toxuma və sümüklərə təsir edir. Bu, diş əti xəstəliyi və ağız sağlamlığı problemləri riskini artırır. Bunun qarşısını almaq üçün kalsium, fosfor və liflə zəngin qidaları istehalk etmək lazımdır.

Pendir, süd, qatıq, göyərti və badam kimi qidalar kalsiumla zəngindir. Bu mineral dişin sərt xarici qabığı olan minanı gücləndirir. 19-50 yaş arası qadınlar üçün gündəlik tövsiyə olunan kalsium dozası 1000 mq-dır. Bu, dişlərin daha sağlam olmasını təmin edir.

Fosfor diş minasını qorumaq və bərpa etmək üçün kalsiumla birgə işləyir. Fosforun ən yaxşı mənbələri ət, yumurta, qoz-fındıq və paxlalı bitkilərdir. Mütəxəssislərin fikrincə, böyüklər gündə 700 mq fosfor qəbul etməlidirlər.

Alma, portağal, yerkökü və kərəviz kimi meyvə və tərəvəzlərdə bol lif var. Bu qidaları çeynəmək dişlərdən zərərli turşuları və qida hissəciklərini çıxarmaq üçün tüpürcək istehsalını stimullaşdırmağa kömək edir. Bundan əlavə, C vitamini ilə zəngin qidalar diş ətlərini və digər toxumaları bakterial infeksiyadan və hüceyrə zədələnməsindən qorumaq üçün əhəmiyyətlidir.






















































