İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Milli Məclisin deputatı Fəzail İbrahimli jurnalist Mərhəmət Lələyevi qəbul edib
Ulusəstv.az xəbər verir ki, Milli Məclisin deputatı, professor, Azərbaycan tarixçisi, dövlət xadimi, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli 22 yanvar 2026-cı il tarixində Masallı rayonunda seçicilərlə görüş və vətəndaş qəbulu keçirib.
Görüş Masallı rayonunun Təzə Alvadı inzibati ərazisinə daxil olan Əhmədli kəndində, Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Abuşovun adını daşıyan Əhmədli kənd orta məktəbində baş tutub. Tədbirdən öncə millət vəkili şəhidlərin məzarlarını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyub və məktəbdə yaradılmış şəhidlər guşəsi ilə tanış olub.
Görüş çərçivəsində Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru, “Liqa” qəzetinin baş redaktoru, ictimai fəal, bloqer-jurnalist Mərhəmət Lələyev millət vəkili tərəfindən qəbul edilib. Görüş zamanı Fəzail İbrahimli Cənubunsəsi xəbər portalının obyektiv, operativ və ictimai maraqlara xidmət edən fəaliyyətini yüksək qiymətləndirdiyini, portalın bölgədə ictimai rəyin formalaşmasında mühüm rol oynadığını bildirib.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Cənubunsəsi portalında tanınmış ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri ilə aparılan müsahibələr cəmiyyət üçün dəyərli informasiya mənbəyidir. Eyni zamanda, portalın redaksiyası tərəfindən sosial həssas ailələrə, şəhid ailələrinə və ehtiyacı olan insanlara göstərilən maddi və mənəvi yardımların təqdirəlayiq olduğunu qeyd edib. Fəzail İbrahimli bu kimi təşəbbüslərin medianın yalnız informasiya deyil, həm də sosial məsuliyyət daşıyan güc olduğunu sübut etdiyini bildirib.
Deputat əlavə edib ki, Cənubunsəsi daim xalqın problemlərini işıqlandırır, vətəndaş–dövlət münasibətlərinin möhkəmlənməsinə töhfə verir və yerli medianın inkişafında nümunəvi platformalardan biridir. Portalı hər zaman maraq və zövqlə izlədiyini deyən Fəzail İbrahimli kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı nəşr olunan “Doğma elin simaları” kitabı ətrafında da geniş fikir mübadiləsi aparılıb, regional dəyərlərin və tarixi şəxsiyyətlərin təbliğinin vacibliyi qeyd olunub.
Mərhəmət Lələyev öz növbəsində göstərilən diqqət və səmimi münasibətə görə Fəzail İbrahimliyə təşəkkür edib.
Qəbuldan sonra millət vəkili Əhmədli və ətraf kəndlərin sakinləri ilə görüşərək onların müraciətlərini dinləyib. Qaldırılan məsələlər əsasən məşğulluq, sosial təminat, torpaq münasibətləri, təhsil, sahibkarlıq, nəqliyyat və kommunikasiya sahələrini əhatə edib.
Ulusəstv.az
Şamil Cəfərov
Fotolar Elsever Aliyev























































