“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
20 Yanvar – Xalqın qüruru, qanla yazılan tarix və müstəqilliyə aparan yol
Nizami Zalov
XTQ-nin şəhid giziri Vidadi Zalovun atası,
Saray Bələdiyyəsinin sədri
20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində həm ən faciəli, həm də ən şərəfli səhifələrdən biridir. Həmin gecə sovet imperiyasının hərbi-siyasi rəhbərliyi öz ömrünü başa vurmaqda olan bir rejimi qorumaq naminə günahsız, silahsız insanlara qarşı misli görünməmiş vəhşilik törətdi. Tankların, zirehli texnikanın Bakının küçələrinə yeridilməsi, dinc əhalinin atəşə tutulması, qadınların, uşaqların, yaşlı insanların qətlə yetirilməsi əslində təkcə bir şəhərə deyil, bütöv bir xalqa qarşı cinayət idi. Lakin bu qanlı gecə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi milli azadlıq mübarizəmizin dönüş nöqtəsinə çevrildi.
O gecə Azərbaycan xalqı öz şəhidlərini verdi. Onların hər biri Vətən sevgisinin, azadlıq eşqinin simvoluna çevrildi. Küçələrdə axıdılan qan, qəlblərdə yanan ümid çırağını söndürmədi. Xalq öz azadlıq yolunu artıq geri dönüşü olmayan bir istiqamətə yönəltdi. 20 Yanvar faciəsi bir tərəfdən ağır itkilər, göz yaşları, yas idi, digər tərəfdən isə milli oyanışın, özünüdərkin, müstəqil dövlət qurmaq əzminin bərqərar olduğu tarixi məqam idi.
Bu faciəyə ilk gündən etibarən siyasi-hüquqi qiymət verən böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyev oldu. Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycan xalqının səsini dünyaya çatdırdı. 1990-cı il yanvarın 21-də Moskva şəhərində Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti kəskin şəkildə pislədi. Bu, təkcə siyasi mövqe deyil, həm də böyük cəsarət nümunəsi idi. Çünki həmin vaxt hələ sovet imperiyası mövcud idi və bu cür açıq etiraz həyati təhlükə yaradırdı.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə Milli Məclisin qərarı ilə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi tanındı. Şəhidlərin xatirəsi əbədiləşdirildi, onların ailələrinə dövlət qayğısı göstərildi. Heydər Əliyevin bu mövqeyi göstərdi ki, şəhid qanı heç vaxt yerdə qalmır və tarix gec-tez öz ədalətli hökmünü verir.
Bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman uca tutur, onların ailələrinə xüsusi diqqət və qayğı göstərir. Dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri şəhid ailələrinin və qazilərin rifahının təmin edilməsidir. Bu, təkcə maddi dəstək deyil, həm də mənəvi ehtiramın, dövlət-vətəndaş birliyinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün güclü, müstəqil və qalib dövlətdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər sübut etdi ki, 20 Yanvar şəhidlərinin arzuları yerdə qalmadı. Onların qanı ilə suvarılan azadlıq ağacı bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımızda təcəssüm olunur. Bu Zəfər həm də 20 Yanvarın mənəvi davamı idi – 1990-cı ildə silahsız şəkildə tankların qarşısına çıxan xalq, 2020-ci ildə güclü ordusu ilə düşmənə sarsıdıcı zərbə vurdu.
20 Yanvar faciəsi eyni zamanda milli həmrəyliyin, birlik və vəhdətin simvoludur. Həmin gün Azərbaycan xalqı göstərdi ki, Vətən, azadlıq və şərəf anlayışları onun üçün hər şeydən üstündür. Bu ruh bu gün də yaşayır, gənc nəsillərin tərbiyəsində mühüm rol oynayır. Şəhidlərimizin xatirəsi məktəblərdə, ailələrdə, cəmiyyətin bütün təbəqələrində ehtiramla yad edilir.
XTQ-nin şəhid giziri Vidadi Zalov kimi qəhrəman oğullarımız məhz bu ruhun daşıyıcılarıdır. Onların həyat yolu 20 Yanvar şəhidlərinin başladığı müqəddəs yolun davamıdır. Şəhidlərimiz göstərdi ki, Vətən sevgisi sözlə deyil, əməl ilə sübut olunur. Bu amal uğrunda canından keçən hər bir qəhrəman Azərbaycan tarixində əbədi yaşayacaq.
Bu gün Saray Bələdiyyəsinin sədri, şəhid atası Nizami Zalov kimi insanlar üçün 20 Yanvar təkcə tarix deyil, həm də şəxsi ağrı, eyni zamanda böyük qürur mənbəyidir. Şəhid atası olmaq ağırdır, lakin bu, Vətən qarşısında ən uca zirvələrdən biridir. Çünki şəhidlər Vətənin yaşaması üçün öz həyatlarını fəda ediblər.
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu gün biz azad, müstəqil və qalib bir ölkədə yaşayırıqsa, bunu o gün canından keçən şəhidlərimizə, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinə və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinə borcluyuq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini daim uca tuturuq. 20 Yanvar – kədərimiz olduğu qədər, qürurumuzdur.
Fərid Faiqoğlu
AJB-nin üzvü























































