“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Heydər Əliyevin yaxın dostu Cəlilabadlı savxoz direktoru Cavad Cavadov
Cənubunsəsi təqdim edir
Onları tanıyaq rubrikası
Zəhmətin heykəli, torpağın yaddaşı –
Cavad Cəbrayıl oğlu Cavadov
Zaman elə insanlar yetişdirir ki, onların ömür yolu sadəcə şəxsi tale olmur, bütöv bir bölgənin, bir nəslin, bir torpaq parçasının taleyinə çevrilir. Belə insanlar yaşadıqları dövrün səssiz qəhrəmanlarıdır – səs-küy yaratmadan böyük iz qoyan, adını zəhmətin, halal əməyin, vicdanın yaddaşına yazan şəxsiyyətlərdir. Məhz belə insanlardan biri də ömrünü torpağa, kəndə, insana həsr etmiş əmək fədaisi Cavad Cəbrayıl oğlu Cavadovdur.
Kənddən başlayan böyük yol
Cavad Cavadov 1923-cü ildə Cəlilabad rayonunun Ağdaş ərazi nümayəndəliyinə daxil olan, zəhmət adamlarının yurdu kimi tanınan Kövüzbulaq kəndində dünyaya göz açmışdır. O dövrün çətin sosial-iqtisadi şəraiti, kənd həyatının ağır zəhməti onun xarakterini erkən yaşlarından möhkəmləndirmiş, səbrli, iradəli və məqsədyönlü bir insan kimi formalaşdırmışdır. Torpaq onun üçün sadəcə dolanışıq mənbəyi deyil, canlı bir varlıq, müqəddəs əmanət idi.
Uşaqlıq çağlarından işləməyə alışan Cavad müəllim hər zərrə torpağın qədrini bilirdi. Əkin-biçin, maldarlıq, suvarma, məhsulun qorunması – bütün bu sahələr onun gündəlik həyatının ayrılmaz parçasına çevrilmişdi. Məhz bu zəhmət məktəbi onu gələcək böyük rəhbərliyə hazırlayırdı.
51 illik xidmət və rəhbərlik məktəbi
Onun həyat yolunun ən parlaq səhifəsi 51 il müxtəlif sovxoz və kolxozlarda sədr vəzifəsində çalışmasıdır. Bu, sadəcə vəzifə deyil, xalqın etimadını daşımaq demək idi. O, rəhbərlik etdiyi kollektivlərdə intizam, əmək mədəniyyəti və qarşılıqlı hörmət mühiti yaratmışdı. Hər bir işçi onun üçün sadəcə əməkçi deyil, ailənin bir üzvü idi.
Cavad Cavadov təsərrüfatın inkişafında müasir yanaşmaları tətbiq edir, məhsuldarlığın artırılması üçün yeni təşəbbüslər irəli sürür, torpağın səmərəliliyini elmi əsaslarla yüksəldirdi. Suvarma sistemlərinin təkmilləşdirilməsi, toxumçuluğun inkişafı, mexanikləşmənin genişləndirilməsi onun rəhbərliyi dövründə təsərrüfatların əsas prioritetləri olmuşdur.
Onun idarə etdiyi sovxozlar qısa müddətdə rayonda və respublikada qabaqcıl təsərrüfatlar sırasında yer almış, müxtəlif mükafatlara və nümunə statusuna layiq görülmüşdür. Zəhmətkeşlərin sosial şəraitinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin abadlaşdırılması, yolların, sosial obyektlərin salınması da Cavad müəllimin diqqət mərkəzində idi.
Ulu Öndərin diqqəti və yüksək etimad
Əmək uğurları dövlət səviyyəsində də dəyərləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin 1980, 1981 və 1982-ci illərdə Cavad Cavadovun rəhbərlik etdiyi sovxozda olması bu zəhmətin ən böyük qiyməti idi. Bu səfərlər zamanı təsərrüfatın inkişaf modeli, kollektivin təşkilatlanması və istehsal göstəriciləri nümunə kimi təqdim edilmişdir.
Bu görüşlər Cavad müəllim üçün həm böyük məsuliyyət, həm də mənəvi stimul idi. O, hər zaman deyirdi ki, rəhbərin əsas vəzifəsi etimadı doğrultmaqdır. Dövlət başçısının verdiyi yüksək qiymət onun işinə daha böyük həvəs və məsuliyyət qatmışdır.
İnsanlıq məktəbi və mənəvi irs
Cavad Cavadov yalnız təsərrüfat rəhbəri deyil, həm də bir ağsaqqal, məsləhətçi, haqqın və ədalətin tərəfdarı idi. Onun qapısı hər kəsə açıq idi – dərdi olan da, məsləhət istəyən də, iş axtaran da ona üz tuturdu. O, insanları dinləməyi bacarır, problemin kökünə enir, ədalətli qərar verirdi.
Sadəliyi, təvazökarlığı, halal ruziyə hörməti onu cəmiyyət içində daha da ucaldırdı. Vəzifə onun üçün məqsəd yox, xidmət vasitəsi idi. O, gənclərə zəhmətin müqəddəsliyini öyrədir, işə sevgi ilə yanaşmağı təlqin edirdi.
Əbədi iz qoyan ömür
1998-ci il aprelin 13-də Cavad Cavadov dünyasını dəyişsə də, onun xatirəsi yaşadığı torpaqlarda, çalışdığı təsərrüfatlarda, yetirdiyi insanlarda yaşayır. Onun zəhmət izləri bu gün də məhsul verən sahələrdə, abad kəndlərdə, insan yaddaşında yaşayır.
Belə insanlar fiziki olaraq aramızdan getsə də, əməli ilə ölümsüzləşir. Onların adı zəhmətin kitabına qızıl hərflərlə yazılır. Cavad Cavadovun ömür yolu gələcək nəsillər üçün vicdanla yaşamağın, xalqa sədaqətlə xidmət etməyin, torpağa hörmətin canlı dərsliyidir.
Cənubunsəsi olaraq bu cür dəyərli şəxsiyyətlərin həyat yolunu işıqlandırmaq, xatirələrini yaşatmaq bizim mənəvi missiyamızdır.
Cənubunsəsi
Mərhəmət Lələyev
Məlumatdan istifadə etdikdə istinad























































