Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Trampın növbəti hədəfi bu ölkə oldu
ABŞ Prezidenti Donald Trampın Latın Amerikası ölkələrinə qarşı sərt ritorikası çərçivəsində budəfəki hədəfi Kuba olub.
“Qafqazinfo”nun xəbərinə görə, “The Hugh Hewitt Show” proqramına qatılan Donald Tramp Kubadakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
ABŞ Prezidenti Kubanın Venesueladan asılı vəziyyətdə olduğunu bildirib:
“Onların bütün can damarı Venesuela idi. Nefti də, pulu da Venesueladan alırdılar. İndi isə ipdən asılıdırlar”.
Tramp Kubaya təzyiq göstərmək üçün seçimlərin məhdud olduğunu vurğulayıb:
“Məncə, ora girib hər şeyi alt-üst etməkdən başqa, bundan daha artıq təzyiq tətbiq etmək çətindir”.
ABŞ lideri Kubanın çox ciddi böhran içində olduğunu dilə gətirib:
“Hələ tam çöküblər demək olmaz, amma öz daxili dinamikaları ilə bu nöqtəyə xeyli yaxınlaşdıqlarını düşünürəm”.























































