Xəbər Lenti
10-05-2025, 16:40
AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
10-05-2025, 16:30
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
10-05-2025, 15:27
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
10-05-2025, 13:31
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
10-05-2025, 13:18
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
10-05-2025, 12:12
Nazim Eynallı: Müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunur
10-05-2025, 09:15
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
9-05-2025, 19:28
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
9-05-2025, 19:27
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
9-05-2025, 19:25
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
9-05-2025, 19:20
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
9-05-2025, 19:10
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Heydər Əliyev – Müasir Azərbaycan səhiyyəsinin memarı”
9-05-2025, 17:35
Mediland hospital kardiologiya şöbəsinin müdiri, İntervensiyon kardioloq Dr. Vüqar Zamanov: "Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindəki irsi".
9-05-2025, 13:55
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
9-05-2025, 13:47
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir.
"Report”a danışıqlara yaxın diplomatik mənbənin verdiyi məlumata əsasən, danışıqlar sərt və ciddi surətdə davam edir.
Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.
Məlumata görə, kollektiv Qərb hər bir vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb xüsusilə bu prosesə Çin, Qatar və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir.
Cənubi Koreya və Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanıqəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və qərb ölkələrinə təzyiq göstərir.
Mənbə xatırladıb ki, ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür.
Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş "fossil fuel transition” sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə maneə olurlar.
Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa bu bütün dünyanın uğurudur. Bu olmayacaqsa bu eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır.